2022-ci il mayın 16-da Xəzər Universitetində karbonun idarə edilməsi, karbon qazı emissiyalarının və ümumi enerji istehlakının azaldılması məqsədi ilə görülən işlərin müzakirə etmək üçün görüş keçirildi. Görüşdə “Fizika və elektronika” və “Mexanika mühəndisliyi” departamentləri tərəfindən enerji istehlakını azaltmağa kömək etmək üçün yaradılan könüllülər qrupu, universitetin işçiləri iştirak edirdilər. Yaradılmış könüllülər komandası enerjiyə qənaət üsullarını izah etdilər və işçiləri, tələbələri enerjiyə qənaət sxemlərini həyata keçirməyə təşviq etmək üçün gördükləri işlər haqda məlumat verdilər. Onlar Universitetdə karbon tutumlu enerji sərfiyyatından, xüsusən də kömür və neftdən imtina edilərək təbii qaz yanacağına üstünlük verildiyini bildirdilər.