Xəbər verildiyi kimi, COVID dövrü zamanı Xəzər universitetində su və yanacaqdan istifadə kəskin şəkildə azalmışdı. Lakin COVID dövrü bitdikdən sonra bu istifadə yenidən artmışdır. 2021-ci ildə Xəzər Universitetində adambaşına gündəlik sudan istifadə 32 litr təşkil etmişdir. Lakin onu də qeyd edək ki, bu Covid dövründən əvvəlki illərlə müqayisədə 5 litr azdır. Bu barədə universitetin təsərrüfat hissəsindən məlumat verilmişdir.