Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 5111 Arxiv
XƏBƏRLƏR
13 Dekabr, 2025Prof. Akad. Hamlet İsaxanlının kitablarının imza günü
28 Noyabr, 2025Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva beynəlxalq konfransda çıxış etmək üçün Çinə səfər edib
23 Oktyabr, 2025Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının və yeni təyin olunmuş rektorun təqdimatı
08 Oktyabr, 2025Ankara Universiteti ilə əməkdaşlıq genişlənir
08 Oktyabr, 2025Bursa Uludağ Universiteti ilə əməkdaşlıq protokolu imzalanıb
16 Sentyabr, 2025Xəzər Universiteti nümayəndə heyətinin Buxara səfəri: 95 illik yubiley, “Cadidlər” konfransı və yeni tərəfdaşlıqlar
14 Sentyabr, 2025Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun nümayəndə heyəti ilə görüş  
11 Dekabr, 2025Xəzər Universitetinin  sabiq müəllimi Ədliyyə Akademiyasının rektoru təyin edilib
11 Dekabr, 2025Departament müdiri Hacettepe və Ankara Hacı Bayram Veli universitetlərində
11 Dekabr, 2025Tələbələr Azərbaycan Milli İncəsənət Muzeyində

Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasovun Florida Dövlət Universitetində qonaq professor kimi fəaliyyəti başa çatmışdır

Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasovun Florida Dövlət Universitetində qonaq professor kimi fəaliyyəti başa çatmışdır Xəbər verdiyimiz kimi (https://khazar.org/az/news/5756) Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov İREX (Beynəlxalq Tədqiqat və Mübadilə Şurası) tərəfindən təşkil olunan UASP (Universitet İnzibatçılığına Dəstək Proqramı) programının qalibi olaraq, 1 fevral-1 mart tarixlərində Florida Dövlət Universitetinin (ABŞ) qonaq professoru kimi fəaliyyət göstərmiş, eyni zamanda, bir sıra işgüzar görüşlər keçirmişdir.

Fevral ayının 10-da Rövşən Abbasov universitetin Akademik Heyət inkişafı və Təkmilləşdirmə üzrə Vitse - prezidenti xanım Janet Kistner və Strategiya və Analitika üzrə Yardımçı Provost, Dr. Rick Burnette ilə görüşmüşdür. Bu görüşlərdə müzakirə olunan əsas məsələlər yeni proqramların yaradılması, keyfiyyət təminatı, qrantların idarə olunması, tədqiqat üzrə fundraisinq, tədqiqatların təşkli və idarə olunması kimi məsələlər müzakirə olunmuşdur. Rövşən Abbasov Xəzər Univeristetinin strükturu və layihə idarəolunması haqqında məlumat vermişdir.

Fevralın 15-də Rövşən Abbasov FSU İnstitutsional Tədqiqat Mərkəzinin Direktoru James Hunt və Andrew Brady ilə görüşmüşdür. Bu görüşdə FSU-nun əsas inkişaf istiqamətləri, tələbələr və tədqiqat işlərinin statistik məlumatları müzakirə olunmuşdur.

Elə həmin gün Rövşən Abbasov Tədqiqatların Kommersiyalaşdırılması Mərkəzinin direktoru Brent Edington ilə görüşmüşdür. Cənab Edington FSU-da alınan tədqiqat nəticələrinin kommersiyalaşdırılması və start-upların yaradılması barədə geniş məlumat vermişdir.

Fevralın 16-da ilk görüş FSU-nun Tədqiqat üzrə vitse-prezidenti Kerry Peluso və Sponsorlaşdırılmış Tədqiqat Qrupunun lideri Pamela Ray ilə baş tutmuşdur. Kerry Peluso FSU-nun aldığı əsas qrantlar, mükafatlar və onların mənbələri, yazılan layihə təklifləri və onların idarə olunması barədə məlumat vermis, alınan qrantlların işlənilməsində layihə heyətlərinin rolundan danışmışdır. Pamela Ray isə tədqiqatların sponsorlaşdırılması və bu istiqamətdə qazanılan uğurlardan söz açmışdır.

Daha sonra Rövşən Abbasov Tədqiqatın İnkişaf Mərkəzinin direktoru Carolyn Bradley tərəfindən təşkil olunan “Tədqiqat üçün maliyyə resurslarını necə tapmalı” adlı seminarda iştirak etmişdir. Carolyn Bradley bu vebinarda əsas qrant imkanları barədə universitet işçilərinin məlumatlandırılması üçün yaradılan “Pivot” sistemi barədə geniş məlumat vermişdir. Bu sistemdə hər bir universitet əməkdaşı öz profilini yaradır və “Mənim maliyyə mənbələrim” adlı informaisya şəbəkəsinə daxil olur. Bu informasiya şəbəkəsi hər bir profil sahibini uyğun məlumatlarla təmin edir.

Fevralın 23-də Rövşən Abbasov Klinik Tədqiqatların İnkişafı (Clinical Research Advancement) ofisində yardımçı dekan (Assistant Dean) Dr. Donna O’Neal, Baş Kliniki Tədqiat müşaviri (Chief clinical research officer) Joe Frascella və Senior biostatistik (Sr. Biostatistician) Philippe Gaillard ilə görüşmüşdür. Görüşdə bütün istiqamətlər üzrə tədqiqatların inkişafı müzakirə olunmuşdur. Rövşən Abbasov həmsöhbətlərə Xəzər Universitetinin təcrübəsi haqqında məlumat vermişdir.

Elə həmin gün Rövşən Abbasov Tədqiqatda İnsan Subyektlərinin Müdafiəsi ofisinin direktoru, İnstitutsional Yoxlama Şurasının sədri (Human Subjects Protection/Institutional Review Board Committee) Howard Stone ilə görüşmüşdür. Görüşdə Howard Stone Rövşən Abbasovun koordinatorluğu ilə həyata keçirilən Toksik Məntəqələrin İdentifikasiyası (Toksik Site İdentificaiton) layihəsi ilə maraqlanmış və bu istiqamətdə həyata keçirilən fəaliyyətlərlə tanış olmuşdur. Öz növbəsində, Stone Rövşən Abbasova tədiqat zamanı insan subyektlərinə münasibətdə institutsional yoxlama etikası şurasının işi haqqında məlumat vetmişdir.

Fevralın 28-də Rövşən Abbasov “Kollbrativ FloRDA: Su” (Collabrative FloRDA:water) adlı online görüşdə Azərbaycanda su ehtiyatlarının idarə olunması üzrə qısa xülasə ilə çıxış etmişdir.

Martın 1-də Rövşən Abbasov Florida Dövlət Universitetindən Vaşinqton şəhərinə gəlmiş və burada təşkil olunan “Universitetdə Tədiqat İnzibatçılığı” adlı konfransda “Xəzər Universiteti: Daşınan bilik və təcrübələr” (Khazar university: Transferrable knowledge and experiences) adlı mövzu ilə çıxış etmişdir.

Beləliklə də, Rövşən Abbasovun Florida Dövlət Universitetində qonaq professor kimi fəaliyyəti başa çatmışdır.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2025