2022-ci il yanvarın 28-də AZƏRTAC Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasovun İREX (Beynəlxalq Tədqiqat və Mübadilə Şurası) tərəfindən təşkil olunan UASP (Universitet İnzibatçılığına Dəstək Proqramı) proqramının qalibi olması haqqında xəbər yayımlamışdır.
Xəbərdə qeyd olunur ki, proqramın şərtlərinə görə, R.Abbasov fevralın 1-dən martın 1-dək ABŞ-ın Florida Dövlət Universitetində təcrübə mübadiləsi aparacaq, bir neçə təqdimat edəcək. R.Abbasov, həmçinin bu universitetdə tədqiqatın idarə olunması mexanizmi barədə məlumatlar toplayacaq.
Xəbəri digər saytlar da dərc etmişlər.