Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1018 Arxiv
XƏBƏRLƏR
12 Yanvar, 2026Xəzər Universiteti nümayəndə heyətinin Ankaraya işgüzar səfəri
29 Dekabr, 2025Mükəmməlliyə doğru hər addımda: Xəzərin sosial platformalarda yeni dövrü
26 Dekabr, 2025Khazar Talks-3: “Çinin xarici siyasəti: konsepsiyalar, aktorlar və regional dinamikalar” mövzusunda akademik seminar  
25 Dekabr, 2025Fudan Universitetinin nümayəndə heyəti "Xəzər"də
19 Dekabr, 2025Xəzər Unıversıtetındə 4-cü Beynəlxalq Vahid Sağlamlıq Konfransı keçırıldı
17 Dekabr, 2025Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş
13 Dekabr, 2025Prof. Akad. Hamlet İsaxanlının kitablarının imza günü
28 Noyabr, 2025Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva beynəlxalq konfransda çıxış etmək üçün Çinə səfər edib
23 Oktyabr, 2025Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının və yeni təyin olunmuş rektorun təqdimatı
08 Oktyabr, 2025Ankara Universiteti ilə əməkdaşlıq genişlənir

Nailə İsayeva mövzusunda variasiyalar

 

 

Cavanşir QULİYEV
bəstəkar

MÖVZU

Bu dünyaya bir qadın gəldi, yaşadı, getdi – xanım əfəndi, incə zövqlü, istedadlı, təvazökar, təşkilatçı, cəsur, həyatın çətinliklərinə dirənməyi bacaran – əslində qəhrəman, insansevər, dostcanlı, ailəcanlı, ədalətli, alicənab, gülərüzlü, gözəl musiqi qəlbli, gözəl iş adamı, gözəl ev xanımı, gözəl aşpaz – NAİLƏ İSAYEVA.

Nailə xanımın bu keyfiyyətlərindən uzun-uzadı söhbət açmaq olar, hansından yazım?

 

1.Variasiya (Tanışlıq)

Məni Nailə xanımla onun ömür-gün yoldaşı Hamlet İsaxanlı tanış elədi. Hamlet müəllim bir gün evinə dəvət etdi – onun bəzi şeirlərinə baxmalı idik, gələcəkdə yaranması mümkün ola biləsi mahnılar üçün. Qapıda məni gülərüz bir xanım əfəndi qarşıladı, xoş gəldin dedi, evə dəvət etdi. Hamlet müəllim rəsmi olaraq da tanış etdi bizi.

O axşam gözəl bir axşam oldu, biz şeirdən, ədəbiyyatdan, musiqidən, bədii sənətdən danışırdıq, Nailə xanım isə masaya qulluq edə-edə, ara-sıra söhbətə də daxil olurdu, bəzi qeydlərini də söyləyirdi. Yavaş-yavaş mənə aydın oldu ki, bu evin xanımı həm də yaradıcı qəlbli bir insandır. HEYRƏTLƏNDİM!

 

2.Variasiya (Musiqi)

Hələ ilk görüşümüzdə Hamlet müəllimin evində olan piano nəzərimdən qaçmadı, düşündüm, görəsən kim onu çalır... Növbəti görüşlərimizin birində pianonu kimin çaldığı anlaşıldı. Nailə xanımın çox təvazökarcasına: “Hərdən bir dillərinə toxunuram” deməsi mənə hər şeyi anlatdı. Bir müddət sonra da onun saf qəlbindən gələn mahnıları da dinlədim.

Doğru deyirlər ki, insanın əməli də özünə bənzəyir – Nailə xanımın bəstələdiyi mahnılar özü kimi yumşaq, mülayim, həzin və incədir! Bu qadının qəlbi, sanki, incə səs ilmələrindən toxunmuşdu, gözlərində o ilmələrin parıltısı vardı, danışığında o ilmələrin ahəngi vardı, bütün davranışı o incə ilmələrdən toplanmış bir həyat tərzi idi. Mahnıları isə çox gözəldi, sanki təcrübəli bir peşəkarın əlindən çıxmışlar. HEYRƏTLƏNDİM!

 

3.Variasiya (Ömür yoldaşı)

Nailə xanımın ömür yoldaşı, yuxarıda qeyd etdiyim kimi, Hamlet İsaxanlı idi, ölkənin ilk və çox nüfuzlu və populyar özəl universitetlərindən biri, Xəzər Universitetinin qurucu rektoru. Universitet 90-ların başında, “dəli doxsanlar” adlandırılan illərdə quruldu. Çox çətinliklərdən keçdi Hamlet müəllim, hər şey yeni idi, məmurlar da bu yeniliklərin içində başlarını itirmişdilər, ona görə də universitetin açılmasına istər-istəməz maneələr törədirdilər. Bütün bu problemləri Hamlet müəllim peşəkarlığı, əzmliyi və qurub-yaratmaq eşqilə həll etdi. Bir də...Nailə xanımın dəstəyi ilə.

Nailə xanımın xasiyyətinin yumşaqlığı, ağlı və tədbirliyi Hamlet müəllimin çılğınlığını və enerjisini doğru yola yönəldirdi, onun arxasında duraraq, yanlışlardan qoruyurdu, məsləhətlər verirdi, yanlış qərarlardan çəkindirirdi. Beləcə, alovla su həm həyat yolunda, həm iş sahəsində tarazlı şəkildə yürüyürdü. Bir çox tanıdığım insanlar bu cütlüyün uğurlarını qısqanırdı. Nailə xanımın həyat yoldaşını, ailəni, işi, uşaqları, evi-eşiyi bu cür rahatladaraq idarə etdiyini heç bilməzdim. HEYRƏTLƏNDİM!

 

4.Variasiya (Ana və nənə)

İsaxanlı ailəsinin 4 övladı var – 4 qız! Artıq onlar böyümüşlər, öz övladları var – bir sözlə ailə böyükdür. Aydındır ki, hər bir övlad ayrı fərddir, öz maraqları, öz sevdikləri, sevmədikləri nəsnələr var. Bütün bu rəngarəng toplumu Nailə xanım yüksək “dirijor” ustalığı ilə idarə edirdi. Qızların fərqli ölkələrdə yaşamalarına baxmayaraq, daim Nailə xanımın əli onların “nəbzindəydi”. Hərdən, köçəri quşlar kimi, uçub gələrdilər Bakıya – o zaman Nailə xanımın üzünü görmək lazım idi – günəş kimi parlayırdı Nailə xanım. Xüsusilə nəvələrdən birinin musiqi istedadının olması onu çox xoşbəxt edirdi. Qürurla mənə göstərərək, nəvəsinin mahnılar oxumasını istəyirdi, uşaq oxuduğunda isə, üzü gülürdü, əminəm ki, o anlar Nailə xanım dünyanın ən xoşbəxt nənəsi idi. Təəcüb edirdim – bu incə qadında bu qədər həyat gücü, bu qədər tükənməz ana və nənə enerjisi hardandı!? HEYRƏTLƏNDİM!

 

5.Variasiya (İdarəçi)

Bir gün Nailə xanımın idarəçi olduğunu öyrəndikdə, “şaşırdım” – bu incə, fiziki keyfiyyətləri “pehlivan” səviyyəsində olmayan qadının böyük bir məktəbin, özü də uşaq məktəbinin idarəçiliyini həyata keçirməsi inanılmaz bir iş idi! Bir də ki, Nailə xanım bu məktəbi idarə etməklə bərabər, məktəbin salonunda Bakı sakinlərinin çoxunun yaddaşında həkk olan gözəl tədbirlər, konsertlər, təqdimatlar, müsabiqələr, uşaqlar üçün bayramlar keçirərdi. Bəndəniz də bu salonun səhnəsinə bir neçə dəfə müxtəlif tədbirlərdə olmuşdur. Şəhərdə tədbir üçün salon və səhnə tapmayan müxtəlif idarələr, cəmiyyətlər, topluluqlar üçün Nailə xanım böyük səxavətlə salonu istifadəyə verərdi.

Bu salon Nailə xanım üçün zərifliyin, mədəniyyətin səhnədən cəmiyyətlə, gənclərlə, yetişkin insanlarla qovuşması üçün bir vasitə idi, necə deyərlər, bir “tramplin” idi. Planları o qədər geniş idi ki, həyata keçsəydi, Xəzər Universiteti ölkəmizin tam hüquqlu mədəniyyət ocağına çevriləcəkdi. Bütün bunları müşahidə edərkən yenidən HEYRƏTLƏNDİM!

 

6.Variasiya (Qonaqlıqların ulduzu)

Nailə xanımın ev qonaqlıqları isə bir əfsanəydi – onun hazırladığı yemək masası bir sənət əsəriydi, hər şey çox düşünülmüş və qonaqların yalnız yeməyi üçün yox, həm də masadan və yeməklər ardıcıllığından estetik zövq almaq üçün hesablanmışdı.

Zaman-zaman bu qonaqlıqların iştirakçısı olaraq, Nailə xanımın nə qədər yüksək yemək zövqünün də olduğunun şahidiyəm. O nəfis axşamları, o zövq dolu söhbətləri heç vaxt unutmayacağam! Uzun-uzun axşamlar o yemək masasının arxasında sənət söhbətləri, təhsil problemləri, Azərbaycanımızın gələcəyi – bir sözlə, insanın əhatə edə bildiyi bütün mövzular müzakirə olunurdu. Hərdən o müzakirələrin konkret sonucu da olurdu, məsələn: Hamlet müəllimin öz uşaqlığını əks etdirən yazıya – onun şeirlərinə bəstələdiyim 10 mahnı bunun təzahürüdür.

Digər tərəfdən mənim xahişimlə Hamlet müəllim Hüseyn Cavidin “Xəyyam” pyesindəki məşhur “Niyə getdin...” şeirinə çox gözəl üçüncü bənd yazdı və mahnı bəstələndi. O mahnının sözlərinin hal-hazırda iki müəllifi var – H.Cavid və H.İsaxanlı. Elə də qalacaq.

Bütün bu hadisələrin, müzakirələrin çox aktiv iştirakçısı, sözsüz ki, Nailə xanım idi. Hətta, elə vəziyyət yaradırdı ki, qonaqlar bu cür ünsiyyətdən böyük zövq alırdılar. Hər dəfə də bu estetik yeməklərin iştirakçısı olarkən, növbəti dəfə Nailə xanımın təxəyyülünə HEYRƏTLƏNİRDİM!

 

7.Variasiya (Xəstəlik)

Aman!...Aman!...Yıxıldıq, donduq qaldıq bu xəbəri eşidərkən...

Hamımızın beynində Yaradana bir sual dolaşdı:” NİYƏ Nailə xanım?” Bu qadının həyatı insanlara yaxşılıq etməklə keçib, bir qarışqa da incitməyib, hər kəsin dərdinə şərik olub, hər kəsə yardım etməyə çalışıb... NİYƏ? Millətin uşaqlarına daha keyfiyyətli təhsil verməyə çalışırdı, millətin sənətkarlarına bacardığı yardımı edərdi, heç kəsi qapısından əliboş geri çevirməzdi... NİYƏ? Həmişə kasıba əl tutan, məzluma dəstək verən oldu, həmişə ədalətin, haqqın tərəfində oldu... NİYƏ?...

Beynimin küncündə bir fikir də dolaşırdı – yox, Nailə xanım təslim olmaz, vuruşacaq, xəstəliyə müqavimət göstərəcək, nəticədə yenəcək o iləti. İşlər ona doğru da gedirdi. Əvvəldə çox gümrah idi Nailə xanım, heç bildirməzdi, şikayət etməzdi, mərd-mərdanə öz dərdi ilə savaşırdı. Qonaq-qarasını da qəbul edərdi, estetik yemək masaları da düzənləyərdi, ailəsi ilə də əvvəlki enerji ilə məşqul olardu, bir sözlə, hamımıza elə gəlirdi ki, sağalacaq Nailə xanım, çünki o xəstəlikdən sağalanlar olmuşdu.

Universitetdəki işini də heç buraxmadı, başlatdığı projeləri eyni enerji ilə davam etdirdi, biz də tam umudlandıq ki... amma olmadı, yıxdı bizi, yaxdı bizi Nailə xanım! Bu dəfə mən HEYRƏTLƏNƏMƏDİM!

 

EPİLOQ

Bu dünyada bir qadın yaşadı - parlaq, dolğun, ətrafına sevgi və xoşgörü saçan həyatla – NAİLƏ İSAYEVA. Yaşadı və getdi, doğmalarının, onu sevən minlərlə insanın nigaran və hüznlü baxışları altında... Sanki tez yanıb-sönən ulduzlar kimi, ətrafa işıq payladı, özü isə bu işığın altında yandı!

Bu cür insanlar əsla unudulmu, millətin qızıl hafizəsində qorunub saxlanılır. Ona Allahdan rəhmət diləyərək, “belə qadınların sayının daha çox olması millətimizin mədəniyyətinin daha yüksəklərə çıxması deməkdir” – fikriylə məni daim heyrətləndirən işıqlı insan NAİLƏ İSAYEVAYA “HƏLƏLİK” deyirəm

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026