Xəzər Universiteti Psixologiya Departamentinin koordinatoru Mələk Kərimovanın “Mediasiya prosesində effektiv ünsiyyət bacarıqları və ünsiyyət çətinliklərinin psixoloji aspektləri” adlı elmi məqaləsi “Polis Akademiyasının Elmi Xəbərləri” jurnalının 4 (28) saylı 2020-ci il nömrəsində çap edilmişdir.
Məqalədə mediasiya prosesinin Azərbaycanda yeni tətbiqi sahə olaraq inkişafından, mediasiya prosesində tərəflərin ünsiyyətlərində yarana biləcək çətinliklərdən, düzgün münasibətlərin qurulmasında diqqət ediləcək xüsusiyyətlər bu sahədəki tədqiqatlar əsasında dəyərləndirilmişdir.