2021-ci il iyunun 28-də AZƏRTAC Xəzər Universitetində xaricdə doktorantura təhsili almaq hüququ qazanmış tələbələrlə keçirilmiş görüş haqqında xəbər yayımlayıb.
Xəbərdə göstərilir ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsilləri başa çatdıqdan sonra Xəzər Universitetində pedaqoji fəaliyyətə cəlb olunmaları ilə bağlı müsabiqədən uğurla keçmiş namizədlər ABŞ, Birləşmiş Krallıq və Türkiyə universitetlərində təhsil alacaqlar.