Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1795 Arxiv
XƏBƏRLƏR
12 Fevral, 2026"Sİ-nin real dünyaya təsiri" mövzusunda seminar
10 Fevral, 2026Xəzər Univeriteti və “Dünya” Məktəbinin əməkdaşlığı çərçivəsində “Süni İntellekt, Rəqəmsallaşma və Ali Təhsilin Gələcəyi” mövzusunda panel müzakirə keçirildi
09 Fevral, 2026Xəzər Universitetinin İnformasiya texnologiyaları departamentinin direktoru Fərid Musayev  İctimai TV-də
06 Fevral, 2026Qərbi London Universitetinin nümayəndələri  "Xəzər"də
30 Yanvar, 2026Xəzər Universiteti Nature Index reytinqində tədqiqat nəticələrinə görə Azərbaycanda birinci yeri tutub
29 Yanvar, 2026Xəzər Universiteti Avropanın ən yaxşı 400 universiteti sırasında yer alıb
26 Yanvar, 2026Nailəxanım Təqaüd Proqramının qalibi mükafatlandırılıb
22 Yanvar, 2026Universitetin rəhbərliyi və əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər
21 Yanvar, 202620 yanvar hadisələrinin 36-cı ildönümünə həsr olunan anım tədbiri
26 Dekabr, 2025Khazar Talks-3: “Çinin xarici siyasəti: konsepsiyalar, aktorlar və regional dinamikalar” mövzusunda akademik seminar  

Xəzər Universitetində TRT, AA və YAB rəhbərlərinə təşəkkür plaketi təqdim olundu

2021-ci il iyunun 16-da Xəzər Universitetinin Mərmər salonunda Xəzər Universiteti və Türkiyə Məzunu Ziyalılar və İş Adamları Plaftormunun birlikdə təşkilatçılığı ilə Qarabağ uğrunda 44 günlük Vətən Müharibəsində Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün göstərdikləri fövqəladə dəstək və fəaliyyətə görə TRT (Türkiye Radyo Televizyon Kurumu), AA (Anadolu Ajansı), qazi və şəhid övladlarının təhsilinə dəstəyi üçün YAB (Yurtdışı türkler ve Akraba topluluklar Başkanlığı) rəhbərlərinə təşəkkür plaketi təqdim olunması münasibətilə tədbir keçirildi. Xəzər Universitetinin müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin sədri Telman Nüsrətoğlunun moderatorluğu ilə keçən tədbirdə universitetin rəhbərliyi, əməkdaşlar, Türkiyə Məzunu Ziyalılar və İş Adamları Plaftormunun nümayəndələri və tədbirə dəvət olunmuş TRT İdarə Heyətinin başqanı və Baş müdiri İbrahim Eren, AA İdarə Heyətinin başqanı və Baş müdiri Serdar Karagöz və YAB Başqanı Abdullah Eren iştirak edirdilər.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, qonaqları və iştirakçıları salamladı, Azərbaycanın Vətən müharibəsi günlərində TRT və AA`nın dünya informasiya məkanında Azərbaycana göstərdikləri misilsiz yardımdan bəhs etdi. 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olduqlarına və haqq səsini dünyaya çatdırdıqlarına görə İbrahim Eren və Serdar Karagöz`ün Xəzər Universitetinin Təşəkkür plaketi ilə rəltif olunduqlarını bildirdi və İbrahim Eren`ə plaketi təqdim etdi. Serdar Karagöz`ə plaketi təqdim edən universitetin rektoru dosent İradə Xəlilova çıxışında qonaqlara təşəkkürünü bildirdi və haqq iş uğrunda fəaliyyətlərində onlara uğurlar arzuladı.

İbrahim Eren və Serdar Karagöz çıxış edərək, Azərbaycan xalqına qardaşlıq duyğularını ifadə etdilər, bundan sonra da daim Azərbaycanın yanında olacaqlarını bildirdilər.

Tədbirdə, eyni zamanda, Türkiyə Məzunu Ziyalılar və İş Adamları Plaftormunun nümayəndələri də Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün göstərdikləri dəstəyə görə TRT və AA rəhbərlərinə və azərbaycanlı gənçlərin, qazi və şəhid övladlarının təhsilinə dəstəyi üçün YAB başqanı Abdullah Eren`ə təşəkkür plaketi təqdim etdilər.

Türkiyə Məzunu Ziyalılar və İş Adamları Plaftormunun nümayəndələri adından çıxış edən Araz Aslanlı Türkiyə universitetlərindən məzun olan insanların Türkiyə-Azərbaycan münasibətlərinin yaxınlığından və Türkiyənin dəstəyindən qürur duyduqlarını ifadə etdi. Türkiyə Məzunu Ziyalılar və İş Adamları Plaftormu adından TRT başqanı İbrahim Eren`ə plaketi Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Elza Səmədova, AA genel müdiri Sərdar Karagözə plaketi tibb elmləri doktoru, əməkdar həkim, Türk Dünyası Kardioloqlar Birliyinin sədri Firdovsi İbrahimov, YAB başqanı Abdullah Eren`ə plaketi iş adamı Fazir Cəmilli təqdim etdi.

Tədbirin sonunda TRT Bakı təmsilçiliyi professor Hamlet İsaxanlıdan müsahibə aldı. Professor dünyada baş verən mühüm hadisələrdə informasiyanın böyük önəmindən danışdı, TRT və AA`nın bu sahədəki rolunu bir daha vurğuladı.

TRT və AA tədbirdən veriliş və xəbər yayımlamışlar:

https://fb.watch/69-Q0vcbGK/

https://www.aa.com.tr/tr/kurumsal-haberler/azerbaycandan-aa-ve-trtye-odul/2276082 

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026