Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1870 Arxiv
XƏBƏRLƏR
06 Mart, 2026Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium
05 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir  
04 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir  
03 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir
03 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri  
03 Mart, 2026Prof.Akad. Hamlet İsaxanlıya “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi (1945-2025)" döş nişanı təqdim olunub
03 Mart, 2026“100-cü ilində Bakı Türkoloji Qurultayı – Anım Toplantısı” beynəlxalq elmi simpozium keçirildi
26 Fevral, 2026Xəzər Universiteti ilə Azerbaijan Poultry Company və Azerbaijan Fish Farm arasında Anlaşma memorandumu imzalanıb
24 Fevral, 2026Universitetlər arasında Anlaşma Memorandumu imzalanıb
18 Fevral, 2026Transmilli təhsil forumu  

Elmi Şuranın Nailəxanım İsayevanın xatirəsinə həsr olunmuş genişləndirilmiş iclası

2021-ci il mayın 27-də Xəzər Universitetinin Elmi Şurasının Nailəxanım İsayevanın xatirəsinə həsr olunmuş genişləndirilmiş iclası keçirildi.

İclasın əvvəlində tanınmış pedaqoq, təhsil təşkilatçısı, Xəzər Universiteti və “Dünya” məktəbinin həmtəsisçisi, universitetin Direktorlar və Qəyyumlar Şurasının humanitar işlər üzrə müşaviri Nailəxanım İsayevanın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova Nailəxanım İsayeva haqqında xatirələrini şura üzvləri və qonaqlarla bölüşərək, onu həyatı və işini sevən, “Dünya” məktəbinə və Xəzər Universitetinə çox bağlı bir şəxsiyyət kimi tanıdığını bildirdi. Nailəxanım İsayevanın səmimiyyəti, işinə vurğunluğu, xeyirxahlığı, həyata sevgisi, gözəl dostluğu ilə hamının dərin hörmət və məhəbbətini qazanmış bir insan olduğunu qeyd etdi.

Universitetin tədris işləri üzrə prorektoru professor Məhəmməd Nuriyev Nailəxanım İsayeva haqqında xatirələrini bölüşərək bildirdi ki, Xəzər Universitetinin formalaşması və inkişafında onun xüsusi əməyi olub. Qeyd edildi ki, Nailəxanım İsayevanın xüsusi ünsiyyət və idarəetmə üsulu var idi ki, o bununla müxtəlif insanlarla çox səmimi münasibət qura bilirdi. O, universitet əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirirdi ki, bu da rəhbərliyə xas olan gözəl xüsusiyyətlərdəndir. Bundan əlavə, universitetin yarandığı dövrlərdə qərb modelini milli dəyərlərlə inteqrasiya etmək yolundakı ciddi işlərində, xarici ölkələrin nümayəndələri ilə çoxsaylı görüşlərdə universitetin tanıdılmasında Nailəxanım İsayevanın böyük əməyi olub. Nailəxanım İsayevanın “Dünya” məktəbinin yaradılmasındakı əvəzedilməz rolu xüsusi vurğulanaraq qeyd edildi ki, o, bir neçə şagirdlə başlayıb hazırda nəinki Bakı şəhərində fəaliyyət göstərən, həmçinin Sumqayıt və Gəncə şəhərlərində də tədrisi üç dildə təmin edən və ən müasir tələblərə cavab verən “Dünya” məktəbləri formalaşdırıb.

Məhəmməd Nuriyev bildirdi ki, yüksək təhsil idarəçiliyi keyfiyyətlərindən başqa Nailəxanım İsayevanın musiqiyə ciddi münasibəti, sevgisi də var idi ki, bəstələdiyi musiqiləri dinlədikdə onun xarakterinin zərifliyini anlamaq mümkündür. Onun gördüyü işləri daima xatırlamaq, dəyərləndirmək, yeni gələn nəsillərin bu tarixi bilməsi üçün əlimizdən gələni etməliyik.

Universitetin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədova, Dillər və ədəbiyyatlar departamentinin müdiri Dilbər Zeynalova, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli Nailəxanım İsayeva haqqında xatirələrini bölüşdülər. Nailəxanım İsayevanın hər şeyin ən gözəlini yaratmaq eşqi, Xəzər Universiteti və “Dünya” məktəbinin yaradılmasında, habelə bu təhsil ocaqlarının fəaliyyətlərindəki hər bir uğurda onun əməyindən bəhs edildi. Yeniliyə açıq olmaq, dəstəkləyici, təbiətə bağlılıq, insanlara hörmət, ehtiram, idarəçilikdə peşəkarlıq kimi yüksək insani dəyərlərin cəmləşdiyi bir şəxsiyyət olması bir daha xatırlandı.

Xalq artisti, pianoçu Yeganə Axundova Nailəxanım İsayevanın musiqiyə bağlılığı, sevgisi və bəstələdiyi musiqilər haqqında xatirələrini şura üzvləri və qonaqlarla bölüşdü.

Elmi Şuranın gündəliyindəki ikinci məsələ ilə bağlı rektor İradə Xəlilova məlumat verərək bildirdi ki, Nailəxanım İsayevanın xatirəsini əbədiləşdirmək üçün fond yaradılmışdır. Qeyd edildi ki, fond mənfəət götürməyən və yalnız xanım namizədlərin Xəzər Universitetinin magistratura və doktorantura səviyyəsində təhsilinə dəstək üçün təsis edilmiş fonddur. Fondun maliyyə dəstəyi Nailəxanım İsayevanın ailəsi, dostları və Xəzər Universiteti tərəfindən təmin ediləcəkdir. Sonra fondun bu ildən etibarən iki tələbəyə təqaüd verəcəyi və tələb olunan meyarlar haqqında ətraflı məlumat verildi.

Tədbirdə Xəzər Universitetinin Kamera orkestri sözləri Hamlet İsaxanlının, musiqisi Nailəxanım İsayevanın olan “Səni sevdim çox sadəcə” və “Gözəldir” mahnılarını ifa etdi.

Sonda Nailəxanım İsayeva haqqında hazırlanmış videoçarx təqdim edildi.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026