2021-ci il mayın 18-də Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin koordinatoru Orxan Zamanovun təşkilatçılığı və rəhbərliyi ilə Humanitar, təhsil və sosial elmlər fakültəsinin I kurs tələbələri “Şirvanşahlar Saray Kompleksi”ni ziyarət ediblər.
Azərbaycanın ən uzun ömürlü dövləti olan Şirvanşahlara məxsus saray, burada olan başqa tikililər və digər eksponatlar tələbələr tərəfindən maraqla qarşılalanıb. “Şirvanşahlar Saray Kompleks”nə səfər etməkdə əsas məqsəd tələbələri Azərbaycanın qədim dövlətlərindən biri olan Şirvanşahlar dövlətinin qalıqları, keçmiş zamanlarda soydaşlarımızın hansı şəraitdə yaşadıqları ilə əyani şəkildə tanış etmək idi.
Ziyarətdə peşəkar bələdçi və muzeyşünas Leyla Əliyeva iştirak etmiş, tələbələrə hərtərəfli, zəngin məlumtlar vermişdir.