Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1977 Arxiv
XƏBƏRLƏR
13 Dekabr, 2025Prof. Akad. Hamlet İsaxanlının kitablarının imza günü
28 Noyabr, 2025Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva beynəlxalq konfransda çıxış etmək üçün Çinə səfər edib
23 Oktyabr, 2025Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının və yeni təyin olunmuş rektorun təqdimatı
08 Oktyabr, 2025Ankara Universiteti ilə əməkdaşlıq genişlənir
08 Oktyabr, 2025Bursa Uludağ Universiteti ilə əməkdaşlıq protokolu imzalanıb
16 Sentyabr, 2025Xəzər Universiteti nümayəndə heyətinin Buxara səfəri: 95 illik yubiley, “Cadidlər” konfransı və yeni tərəfdaşlıqlar
14 Sentyabr, 2025Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun nümayəndə heyəti ilə görüş  
11 Dekabr, 2025Xəzər Universitetinin  sabiq müəllimi Ədliyyə Akademiyasının rektoru təyin edilib
11 Dekabr, 2025Departament müdiri Hacettepe və Ankara Hacı Bayram Veli universitetlərində
11 Dekabr, 2025Tələbələr Azərbaycan Milli İncəsənət Muzeyində

Tanınmış pedaqoq Nailəxanım İsayevanın xatirəsinə ithaf olunmuş beynəlxalq forum

2021-ci il mayın 15-də Xəzər Universiteti Bakı “Dünya” Məktəbinin təşkilatçılığı ilə “XXI əsr şəxsiyyətinin formalaşmasında önəmli amillər” adlı Beynəlxalq Onlayn Forum keçirilmişdir.

Forum Dünya Təhsil Kompleksinin qurulmasında misilsiz əməyi olan həmtəsisçi, çox dəyərli pedaqoq Nailəxanım İsayevanın əziz xatirəsinə ithaf olunmuşdu.

Nailəxanım İsayeva hələ həyatda ikən forumun keçirilməsini dəstəkləmiş, forum iştirakçılarına müraciət etmişdi. Açılış mərasimində Nailəxanım İsayevanın forum iştirakçılarına müraciəti olduğu kimi təqdim edilmişdir:

 

“Dünya” məktəbinin həmtəsisçisi  Nailəxanım İsayevanın forum iştirakçılarına müraciəti

10 mart 2021

Dünyanın hər bir yerində, ictimai inkişafın hər bir mərhələsində cəmiyyətin təhsillə üzvi bağlılığı olmuşdur. Gənc nəsillərin inkişafı, tədrisi, maarifləndirilməsi ən qədim fəaliyyətlərdəndir. Hər birimiz təhsilin ictimai həyatda mərkəzi rolunu qeyd-şərtsiz qəbul edirik.

İndiki dövrdə təhsilin rolu və əhəmiyyəti daha fərqlidir. Yaşadığımız informasiya dövründə yeni faktlar, bilgilər baş gicəlləndirir, sürətlə həyatımıza daxil olur. “XXI əsrin savadsızları oxumağı və yazmağı bacarmayanlar deyil, öyrənməyi, bildiklərini bir kənara qoymağı və yenidən öyrənməyi bacarmayan kəslərdir” (Alvin Toffer, yazıçı, futurist)

Həyatını insanları maarifləndirmək işinə həsr etmiş müəllim və təlimçilərin qarşısında artıq yeni suallar və yeni vəzifələr durur. Gənclər gələcəyə hazır olmaq üçün nəyi və necə öyrənməlidirlər? Elmi-texnoloji inkişaf dövründə “məsafəli öyrənmə” ilə “ənənəvi tədris” arasında əhəmiyyətli fərq varmı? Gənclərin hansı metodlara əsasən öyrənəcəyini kim və necə müəyyən etməlidir?

Bir pedaqoq kimi, bizim məqsədimiz gənclərin özünü düşündürməkdir. Təhsil gerçək həyatla uzlaşmalıdır, çünki təhsil elə həyatın özüdür. Onlar yalnız böyüyəndə deyil, bu gün də böyük işlər görəcəklərini anlamalıdırlar. “Gələcəyin müasiri” olmaq istəyiriksə, bizim təhsildə modernizasiya sabaha hesablanmalıdır.

Hörmətlə,
Həmtəsisçi

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı "XXI əsr şəxsiyyətinin formalaşmasında önəmli amillər. Riyaziyyatın rolu" mövzusunda açılış məruzəsi ilə çıxış etmiş və iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Forumda 300-ə yaxın iştirakçı qeydə alınmış, Azərbaycandan Xəzər Universiteti və digər aparıcı universitetlərin, özəl liseylər və digər təşkilatların, Türkiyədən Bilkent Orta Okul (Ankara) və Hazar Kollecinin (İstanbul), ABŞ-dan Şimali Karolina Orta Məktəbinin   nümayəndələri iştirak etmişlər.

Forum 3 sessiyadan ibarət olunmuşdur. Hər sessiyada 3-4 mövzu müzakirə edilmişdir.

Sessiyalarda Hazar Kollecinin qurucusu, baş  müdiri Serdar Kavza "XXI əsr insanında sosial medianın təsiri", psixoloq Ülkər İsayeva "Gənclərin müsbət inkişaf modeli", Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu "Şəxsiyyətin inkişafında mühit amilinin vacibliyi", Həkim-psixiatr, Nefes Psixi Sağlamlıq Akademiyasının təsisçisi İkram Rüstəmov "XXI əsrdə intiharların psixoloji xüsusiyyətləri", Şimali Karolina Orta Məktəbinin sosial elmlər müəllimi Amanda Baker “Distant təhsilin üstünlükləri və çatışmazlıqları”, "Azərbaycanfilm" kinostudiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi rejissor Ayaz Salayev "XXI əsr şəxsiyyətinin formalaşmasında incəsənətin rolu", Gəncə Dövlət Universiteti Pedaqoji fakültəsinin dekanı Bayram Apoyev "XXI əsr və Nizami Gəncəvinin pedaqoji baxışları", Azərbaycan Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri, Azərbaycan Rus Cəmiyyətinin sədr müavini, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin Tədris proqramları koordinatoru Lyubov Yakunina “XXI əsr insanının şəxsiyyətinin sosial-tədris layihələrinin vasitəsilə inkişafı”, “Dünya” məktəbinin müəllimi Leyla Cəbrayılova “Şəxsiyyətin inkişafı. Ədəbiyyat dərslərində yeni yanaşma”, hüquqşünas, “Dünya” məktəbinin məzunu Araz Poladov "Müasir dövrdə texnologiyaların insan həyatında rolu və hüquqi tənzimlənməsi" və “Dünya” məktəbinin müəllimi Dilarə İsgəndərzadə "XXI əsr şəxsiyyətinin inkişafında Azərbaycan dili və ədəbiyyat fənlərinin önəmli rolu və müasir təlim texnologiyalarına uyğun tədrisi (Tədrisi Azərbaycan dilindən fərqli dildə olan bölmələrdə)" mövzularında məruzələrlə çıxış etmişlər.

Beynəlxalq Onlayn Forumun bağlanış mərasimində “Dünya” məktəbinin X sinif şagirdi Nigar Şahbazovanın "Şəxsiyyətin formalaşmasına təsir edən amillər şagird gözü ilə" mövzusunda çıxışı maraqla qarşılanmışdır.

Forum iştirakçıları forumda iştirak etməkdən çox məmnun olduqlarını bildirmiş və müzakirəyə çıxarılmış mövzunun yalnız təhsil işçilərini deyil, cəmiyyətin hər bir üzvünü düşündürən bir məsələ olduğunu xüsusilə qeyd etmişlər.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2025