2018-ci il iyunun 4-dən 8-dək Xəzər Universitetində “Be Environmentally friendly” həftəsi keçirildi. İyunun 8-də həftənin yekunlarını əks etdirən seminar təşkil olundu və həmin seminarda Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov atmosferdəki çirklənmə səviyyəsinin təyini istiqamətində departamentin apardığı işlərdən danışdı. R.Abbasov Bakı şəhərindəki daha çox çirklənmiş əraziləri qeyd etməklə, oradakı çirklənmə səviyyəsini rəqəmlər ilə ifadə etdi. Tədbirin sonunda universitetin prorektoru dosent İradə Xəlilova çıxış edərək, ətraf mühitin qorunmasının bir həftəlik deyil, daimi olmasının vacibliyini bildirdi.