2019-cu il noyabrın 13-də Özəl Boylam Xəstəxanasının qurucusu, psixiatr professor Ertuğrul Köroğlu Xəzər Universiteti Psixologiya departamentinin magistr tələbələrinə növbəti klinik psixologiya mühazirəsini təşkil etdi. Tələbələr bu dərsdə pasiyent dəyərləndirmə və şizofreni ilə əlaqədar nəzəri və praktik bilik və bacarıqlar qazandılar. Professor Ertuğrul Köroğlunun pasiyentlərlə olan şəxsi praktiki videolarını paylaşmaları tələbələrdə böyük marağa səbəb oldu.
O, dərsin sonunda öz təəssüratlarını bölüşərək, tələbələrin aktiv və həvəsli olmasından bir müəllim kimi qürurlandığını və Xəzər Universiteti ilə əməkdaşlıqdan məmnun olduğunu qeyd etdi. Psixiatr cari ilin dekabrında növbəti mühazirə üçün yenidən tələbələrlə görüşəcək.