Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 3734 Arxiv
XƏBƏRLƏR
02 İyul, 2026“Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir  
29 İyun, 2026Xəzər Universitetinin Kamera Orkestrinə Nailəxanım İsayevanın adı verildi
23 İyun, 2026Rektor Dr. Raziyə  İsayeva “Sultan bin Abdulaziz Al Saud Beynəlxalq Dil Təlimi Proqramı”nın bağlanış mərasimində  
23 İyun, 2026Sevgi və gözəlliyin izi ilə: H.İsaxanlının “Dəli ceyran” romanının müzakirəsi  
22 İyun, 2026Xəzər Universiteti ilə Varna Azad Universiteti arasında əməkdaşlıq memorandumu
10 İyul, 2026Xəzər Universiteti Elmi Şurasının növbəti iclası keçirilmişdir  
10 İyul, 2026Xəzər Universiteti və SUP VC arasında əməkdaşlıq imkanları müzakirə olunub  
10 İyul, 2026Departament  müdiri III Türk Dünyası Yay Forumunda
09 İyul, 2026Departament müdiri 30-cu Beynəlxalq Dədə Qorqud Simpoziumunda
08 İyul, 2026PhD tələbələri Xəzər Universitetində təcrübə proqramını uğurla başa vurublar  

Xəzər Universitetində 46 və 47-ci məzunluq mərasimi

2019-cu il oktyabrın 19-da Bakı Musiqi Akademiyasının Opera Studiyasında Xəzər Universitetinin 46 və 47-ci məzunluq mərasimi keçirildi. Mərasimdə universitetin rəhbərliyi və əməkdaşları, məzunlar və valideynlər, qonaqlar iştirak edirdilər.

Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlanan mərasimdə universitetin rektoru dosent İradə Xəlilova çıxış edərək, məzunları təbrik etdi, əmək və karyera yollarında onlara uğurlar arzuladı, universitetin professor-müəllim heyətinə hərtərəfli inkişaf etmiş yüksək ixtisaslı mütəxəssislər yetişdirilməsi sahəsindəki gərgin əməklərinə görə təşəkkürünü bildirdi.

Qeyd edildi ki, 46 və 47-ci buraxılışlarda universitetdən 277 bakalavr, 60 magistr məzun olur. 28 il ərzində isə universiteti 3943 bakalavr, 825 magistr bitirmişdir. Onlardan 906 nəfəri fərqlənmə diplomu almışdır.

Sonra bakalavr və magistr məzunlara diplomlar təqdim olundu. Diplomları universitetin rektoru dosent İradə Xəlilova, Təbiət elmləri və mühəndisik fakültəsinin dekanı Dr. Hassan Niknafs, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dosent Elza Səmədova, Təbiət elmləri və mühəndislik fakültəsinin dekan müavini Fəxrəndə Əlimərdanova, departament müdirləri - dosent Nuru Səfərov, dosent Qəşəm Zeynalov, Dr. Əli Hüseynli, Dr. Elmar Mustafayev və professor-müəllim heyəti təqdim etdilər.

Hər təqdimatdan sonra universitetin müvafiq fakültələrinin tələbələrin həyatına aid Multimedia mərkəzinin hazırladığı slayd-şoular nümayiş olunur və xatirə şəkli çəkilirdi.

Universitetin İdarəetmə və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlı universitetin ictimai həyatında fərqlənən bir qrup tələbəyə sertifikat təqdim etdi.

Diplom və sertifikatların təqdimatı başa çatandan sonra Təbiət elmləri və mühəndislik fakültəsinin və Humanitar, təhsil və sosial elmlər fakültələrinin məzunları Sadiq Əli Behzad və Zülfiyyə Şəfiyeva Xəzər Universitetinin andını səsləndirdilər və məzunların “And içirik” sədaları salona yayıldı.

Sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı səhnəyə dəvət olundu. O, universitetin öz məzunları ilə haqlı olaraq fəxr etdiyini bildirdi. Qeyd etdi ki, “Xəzər”in məzunları vətəndə və dünyanın müxtəlif ölkələrində aparıcı şirkət və digər təsisatlarda yüksək vəzifələrdə çalışır, yüksək peşəkarlıq nümayiş etdirirlər. Professor Hamlet İsaxanlı məzunlara yeni başlayacaqları həyat yollarında qarşıya çıxa biləcək təbii çətinlikləri aradan qaldırmaq üçün tövsiyələr verdi və onlara uğurlar arzuladı.

Tədbir boyu iştirakçılara Xəzər Universiteti Kamera orkestrinin (bədii rəhbər universitetin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqova) və universitetin rəqs ansamblının ifasında konsert proqramı təqdim olundu.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026