Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 3448 Arxiv
XƏBƏRLƏR
28 Noyabr, 2025Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva beynəlxalq konfransda çıxış etmək üçün Çinə səfər edib
21 Noyabr, 2025Симфония памяти: «Азербайджанский поэтический венок Сергею Есенину»
18 Noyabr, 2025Görkəmli yeseninşünas alimin yeni kitabı
18 Noyabr, 2025İsaxan İsaxanlı 2025-ci il  "О русь, взмахни крылами" Beynəlxalq Yesenin mükafatının qalibi olub
07 Noyabr, 2025Zəfərin 5 illiyinə həsr olunmuş tədbir
23 Oktyabr, 2025Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının və yeni təyin olunmuş rektorun təqdimatı
08 Oktyabr, 2025Ankara Universiteti ilə əməkdaşlıq genişlənir
08 Oktyabr, 2025Bursa Uludağ Universiteti ilə əməkdaşlıq protokolu imzalanıb
16 Sentyabr, 2025Xəzər Universiteti nümayəndə heyətinin Buxara səfəri: 95 illik yubiley, “Cadidlər” konfransı və yeni tərəfdaşlıqlar
14 Sentyabr, 2025Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun nümayəndə heyəti ilə görüş  

Avrasiya Akademiyasının üçüncü məclisi keçirildi

2019-cu il mayın 17-də Xəzər Universitetinin Mərmər salonunda Baş idarəsi Azərbaycanda olan Avrasiya Akademiyasının üçüncü məclisi – akademiyanın yeni seçilmiş üzvlərinə üzvlük diplomu və “Avrasiya Əfsanəsi” mükafatının təqdim olunması mərasimi keçirildi.

Mərasimdə Xəzər Universiteti və “Dünya” məktəbinin rəhbərliyi və əməkdaşları, Azərbaycanın görkəmli yazıçıları, elm və mədəniyyət xadimləri, media mənsubları, akademiyanın yeni seçilmiş üzvləri – SSRİ və Rusiya Federasiyasının xalq artisti, bəstəkar və dirijor Murad Kajlayev, Böyük Britaniyadan alim, kolleksiyaçı və xeyriyyəçi Nasser Xəlili, Azərbaycandan şair və kinossenarist Ramiz Rövşən iştirak edirdilər. Türkiyədən olan yeni seçilmiş üzv – geoloq və ictimai xadim Celal Şengör səhhətinə görə məclisdə iştirak etmirdi.

Tədbir filmlərin nümayişi ilə başlandı. Filmlərdə Qədim Yunan Akademiyasından başlayaraq dünyada mövcud olmuş və olan məşhur akademiyalar haqqında, Avrasiya Akademiyasının yaranması və inkişafı, beş qurucu üzv – Halil İnalcık, Lütfi Zadə, Mahmut Gazi Yaşargil, Arif Məlikov və Hamlet İsaxanlı, sonra seçilmiş üzvlər – Əli Cavan, Robert Hossein, Türkan Şoray, yeni seçilmiş üzvlər – Murad Kajlayev, Nasser Xəlili, Ramiz Rövşən və Celal Şengör haqqında geniş məlumat verildi.

Sonra “Dünya” məktəbinin həmtəsisçisi, Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının müşaviri Nailəxanım İsayeva və Xəzər Universitetinin müəllimi, xalçaçı rəssam Afaq Kərimovanın dizaynı ilə hazırlanmış mərasim paltarı yeni seçilmiş üzvlərə - Murad Kajlayev, Nasser Xəlili və Ramiz Rövşənə geyindirilərək, onlara üzvlük diplomu və “Avrasiya Əfsanəsi” mükafatı təqdim olundu. Üzvlük diplomu və mükafatları Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və universitetin rektoru dosent İradə Xəlilova təqdim etdilər.

Murad Kajlayev, Nasser Xəlili və Ramiz Rövşən çıxış edərək, Avrasiya Akademiyasına üzv seçildiklərinə görə minnətdarlıqlarını bildirdilər.

Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqovanın rəhbərliyi və Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə universitetin Kamera orkestri Motsart, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Murad Kajlayevin əsərlərindən musiqi parçaları ifa etdi.

Təbirdən sonra Xəzər Universitetinin Buzovnadakı Konfrans və İstirahət Mərkəzində Avrasiya Akademiyasına yeni seçilmiş üzvlərin şərəfinə ziyafət verildi. Ziyafətdə Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynova Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müdiri, pianoçu Zülfiyyə Sadıqovanın müşayiəti ilə xalq mahnısı və Səid Rüstəmovun əsərlərini ifa etdi.

Avrasiya Akademiyasının üçüncü məclisini Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC (https://azertag.az/xeber/Avrasiya_Akademiyasinin_3_cu_resmi_meclisi_kechirilib__YENILANIB-1283969) və ölkənin digər mediası geniş işıqlandırmışlar.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2025