2019-cu il mayın16-da Xəzər Universiteti İnşaat mühəndisliyi departamentinin nəzdində torpaq mexanikası laboratoriyası yaradıldı. Cihazları quraşdıran və tənzimləyən Tükiyənin “UTEST” şirkətinin mütəxəssisi Alkın Sönmez İnşaat mühəndisliyi departamentinin müəllimlərinə treyninq keçirdi.
Qeyd edək ki, torpaq mexanikasi laboratoriyası üçün 6 müxtəlif cihaz Türkiyənin “UTEST” şirkətindən alınıb gətirilmişdir. Bu cihazlar vasitəsilə torpaq mexanikasının xüsusiyyətlərini müəyyənləşdirmək mümkündür. Cihazlar Avropa standartlarına tam cavab verir.