2019-cu il fevral 26-da Xəzər Universiteti Tarix və arxeologiya departamentinin təşkilatçılığı ilə “Xocalı əsrin faciəsi” adlı silsilə tədbirlərdən növbətisi həmin departamentin müəllimi t.ü.f.d Zəhra İslamovanın rəhbərliyi altında Mühəndislik və Təbiət elmləri fakültəsinin birinci il tələbələri ilə birgə keçirildi. Tədbirdə Xocalı Soyqırımına doğru gedən yolda Quşcular, Malıbəyli, Qaradağlı faciələrinə nəzər yetirildi.