2019-cu il fevralın14-də respublikada yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində vahid dövlət orqanı olan Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attaestasiya Komissiyasının növbəti iclası keçirilmişdir. Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimləri fil.ü.f.d. Qətibə Quliyevaya “Türk dilləri” ixtisası üzrə, fil.ü.f.d. Xatirə Yusifovaya isə “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə Ali Attestasiya Komitəsi tərəfindən dosent diplomu təqdim edilmişdir.