Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1837 Arxiv
XƏBƏRLƏR
12 Fevral, 2026"Sİ-nin real dünyaya təsiri" mövzusunda seminar
10 Fevral, 2026Xəzər Univeriteti və “Dünya” Məktəbinin əməkdaşlığı çərçivəsində “Süni İntellekt, Rəqəmsallaşma və Ali Təhsilin Gələcəyi” mövzusunda panel müzakirə keçirildi
06 Fevral, 2026Qərbi London Universitetinin nümayəndələri  "Xəzər"də
30 Yanvar, 2026Xəzər Universiteti Nature Index reytinqində tədqiqat nəticələrinə görə Azərbaycanda birinci yeri tutub
29 Yanvar, 2026Xəzər Universiteti Avropanın ən yaxşı 400 universiteti sırasında yer alıb
26 Yanvar, 2026Nailəxanım Təqaüd Proqramının qalibi mükafatlandırılıb
22 Yanvar, 2026Universitetin rəhbərliyi və əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər
21 Yanvar, 202620 yanvar hadisələrinin 36-cı ildönümünə həsr olunan anım tədbiri
26 Dekabr, 2025Khazar Talks-3: “Çinin xarici siyasəti: konsepsiyalar, aktorlar və regional dinamikalar” mövzusunda akademik seminar  
25 Dekabr, 2025Fudan Universitetinin nümayəndə heyəti "Xəzər"də

“Operators, Functions, and Systems of Mathematical Physics Conference” toplusunun təqdimatı keçirildi

2019-cu il fevralın 8-də Xəzər Universitetinin Mərmər salonunda universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının 70 illik yubileyinə həsr olunmuş “Riyazi fizikanın operatorları, funksiyaları və sistemləri” adlı beynəlxalq konfransın materiallarından ibarət irihəcmli “Operators, Functions, and Systems of Mathematical Physics Conference” toplusunun təqdimatı keçirildi. Təqdimatda universitetin rəhbərliyi, əməkdaşları, görkəmli alim və mütəxəssislər iştirak edirdilər.

Təqdimat universitetin Musiqi və incəsənət departamentinin hazırladığı qısa konsert proqramı ilə başlandı.

Tədbiri universitetin Riyaziyyat departamentinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Əli Hüseynli açaraq, 2018-ci il mayın 21-24-də böyük uğurla keçirilmiş konfransın geniş əks-səda doğurduğundan, bunun nəticəsi olaraq Xəzər Universitetinin ünvanına onlarla təşəkkür məktubu göndərildiyindən danışdı. Qeyd etdi ki, nəfis şəkildə çap olunmuş, Azərbaycan, Türkiyə, İran, Rusiya Federasiyası, Gürcüstan, Ukrayna, Qazaxıstan, Almaniya, Fransa, İspaniya, Səudiyyə Ərəbistanı Krallığı, Avstriya, Finlandiya, ABŞ, İtaliya, İngiltərə, Birləşmiş Ərəb Əmirlikləri və İsveçdən olan 80-ə yaxın görkəmli alim, aparıcı mütəxəssis və tədqiqatçıların məruzələrinin yer aldığı toplunu müvafiq nəşrlərdən fərqləndirən cəhətlər də var. Belə ki, topluda “Hamlet İsaxanlı (İsayev): həyat və yaradıcılığı haqqında oçerk” adlı geniş məqalə ingilis və rus dillərində verilmiş, oçerkə professor Hamlet İsaxanlının əsas elmi və bədii əsərlərinin biblioqrafiyası əlavə edilmiş, onun həyatına və konfransa aid çoxlu fotoşəkil də oxuculara təqdim olunmuşdur.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, ADNSU-nun Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Araz Əliyev və BDU-nun “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Əli Əhmədov çıxış edərək konfransın, konfrans materiallarının çap olunduğu toplunun məziyyətlərindən, professor Hamlet İsaxanlının riyaziyyatçı alim və təhsil qurucusu kimi yüksək istedad və bacarığından, çoxşaxəli elmi və bədii yaradıcılığından bəhs etdilər.

Sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, müvafiq konfransın beynəlxalq səviyyədə hər il keçirilməsinin məqsədəuyğun hesab edildiyini və növbəti konfransın 2019-cu il iyunun 10-14-də Xəzər Universitetinin Buzovnadakı Konfrans və İstirahət Mərkəzində keçiriləcəyini elan etdi və toplunun hazırlanmasında əməyi olanlara və iştirakçılara təşəkkürünü bildirdi.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026