Xəzər Universitetinin nəşri olan “Xəzər Xəbər” jurnalının baş redaktor müavini, əməkdar jurnalist Əlirza Balayevin “Qur`anın tərcüməsinə dair bəzi mülahizələr” adlı kitabçası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. Kitabçada müəllif Qur`anın rus və ingilis dillərinə tərcüməsində “kafir”, Azərbaycan, rus və ingilis dillərinə tərcüməsində “Məscid-əl həram”, “Beyt-əl həram”, “şəhr-əl həram” və digərsözlərin yanlış tərcümə edildiyini əsaslandırır və düzgün tərcümə modellərini təklif edir.
Kitabça Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 03.09.2018-ci il tarixli DK-916/M saylı razılıq məktubu əsasında çap edilmişdir.