Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 2226 Arxiv
XƏBƏRLƏR
16 Sentyabr, 2025Xəzər Universitetində yeni dərs ili başladı
14 Sentyabr, 2025Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun nümayəndə heyəti ilə görüş  
08 Sentyabr, 2025Xəzər Universitetinə yeni rektor təyin edildi  
18 Sentyabr, 2025Departament müdiri AnewZ kanalında  
16 Sentyabr, 2025Xəzər Universiteti nümayəndə heyətinin Buxara səfəri: 95 illik yubiley, “Cadidlər” konfransı və yeni tərəfdaşlıqlar
15 Sentyabr, 2025"İngilis dilinin ESL/EFL şagirdlərinə tədrisdə maneələr və onların aradan qaldırılması yolları" mövzusunda onlayn seminar
15 Sentyabr, 2025İzmir Bakırçay Universitetinin nümayəndə heyəti ilə görüş
15 Sentyabr, 2025Siyasi elmlər və fəlsəfə departamenti müəlliminin məqaləsi “Topchubashov Center”-də
14 Sentyabr, 2025Departament müdirinin “İstanbul gündəliyi – 2” və “Sakarya” məqalələri Füyuzat.az-da
14 Sentyabr, 2025Xəzər Universitetinin tələbəsi Y. Məmmədləliyev adına təqaüdə layiq görülüb

Xəzər Universitetinin tələbələri AMEA Nəsimi adına Dilçilik İnstitutunda oldular

2018-ci il dekabrın 27-də Xəzər Universiteti Təhsil fakültəsi filologiya ixtisasının I və IV kurs tələbələri Azərbaycan dilinin dialektologiyası və Müasir Azərbaycan fənlərinin tədrisi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda oldular. İnstitutun direktoru akademik Möhsün Nağısoylu institutun tarixindən, alimlərin gərgin əməyindən bəhs edərək, zəhmətin, əməyin nəticəsinin həmişə uğurlu və sevindirici olduğunu vurğuladı, vətənin gələcəyinin indiki gənclərin əlində olduğunu qeyd etdi, tələbələri bunun məsuliyyətini və şərəfini hiss etməyə, təhsil aldıqları, dünya təhsil sistemi sahəsində böyük etibara malik Xəzər Universitetinin adına layiq ixtisaslı kadr kimi yetişmələrini arzu etdi. Sonra o, tələbələri maraqlandıran suallara cavab verdi, Azərbaycan dilçilik elminin nailiyyətlərindən danışdı.

Xəzər Universiteti Təhsil departamentinin müəllimi, Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Vaqifqızı institutun iş fəaliyyətindən bəhs etdi.

Tələbələr daha sonra institutun şöbələri ilə tanış oldular. Tətbiqi dilçilik şöbəsinin müdiri professor İsmayıl Məmmədli, şöbənin əməkdaşları filologiya elmləri doktoru Nəriman Seyidəliyev, institutun qocaman əməkdaşı, məşhur leksikoqraf Əliheydər Orucovla çiyin-çiyinə işləmiş Nigar Ağayeva, filologiya üzrə fəlsəfə doktoru Xədicə Heydərova, filologiya üzrə fəlsəfə doktoru Fidan Salayeva lüğətlərin hazırlanması, tərtibi, yeni sözlərin lüğətlərə hansı prinsiplər əsasında daxil edilməsi, Azərbaycanda lüğətçiliyin müasir durumu haqqında məlumat verdilər. Sonra tələbələr Türk dilləri şöbəsi ilə də tanış oldular, şöbənin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Elnarə Əliyevanın şöbənin tarixindən bəhs edən söhbətini dinlədilər. Terminologiya şöbəsinin müdiri, Terminologiya Komissiyasının sədr müavini professor Sayalı Sadıqova tələbələrlə qısa söhbətində Azərbaycan dilinin terminoloji bazasının inkişaf istiqamətlərinə toxundu. Monitorinq şöbəsinin müdiri filologiya üzrə elmlər doktoru Sevinc Əliyeva Azərbaycan dilinin dövlət dili kimi inkişafı və dilin təmizliyinin qorunması, ədəbi dil normalarının pozulmasının qarşısının alınması, reklamlarda, ictimai obyektlərdə, kütləvi informasiya vasitələrində Azərbaycan dilinin normalarına riayət olunmasının təmin edilməsi məsələlərində şöbənin göstərdiyi fəaliyyət proqramı və əldə etdikləri nəticələr, monitorinqlərin keçirilmə qaydaları, bu zaman hansı prinsiplərin əsas götürüldüyü haqqında məlumat verdi.

Dialektologiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət İmanquliyeva tələbələrə şöbə haqqında məlumat verdi, sonra Azərbaycan dilinin dialektologiyasının tarixi, ilk dialektoloji araşdırmalar, bu sahədə avropalı alimlərin tədqiqləri haqqında mühazirə oxudu. Şöbənin əməkdaşlarından professor Məhərrəm Məmmədli müxtəlif dialekt və şivələri tədqiqata cəlb edən alimlər, Azərbaycan dialektoloqları, Güney Azərbaycan dialektləri, filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdsiyyə Qəmbərova dialektoloji lüğətlərin hazırlanması, tərtibi, dialekt faktlarının toplanması qaydaları barədə tələbələrə bilgilər verdilər. Söhbət zamanı tələbələr yeni nəşr olunan Naxçıvan Dialektoloji Atlasının hazırlanma prosesi, atlasın quruluşu, istifadə qaydaları ilə yaxından tanış oldular.

Görüşün sonunda tələbələrə xoş arzularını bildirən şöbə müdiri Kifayət İmanquliyeva nəfis tərtibatla və xüsusi bir diqqətlə hazırlanan və nəşr olunan Naxşıvan Dialektoloji Atlasını Xəzər Universitetinə hədiyyə etdi.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2025