2018-ci il dekabrın 26-da Xəzər Universitetinin Mühəndislik və Tətbiqi Elmlər fakültəsinin təşkilatçılığı ilə dron müsabiqəsi keçirildi. Müsabiqə universitetin “Neftçilər” kampusundakı “Mərmər” zalda baş tutdu. Müsabiqə Elektronika, mexanika və kompüter mühəndisliyi departamentinin tələbələrindən ibarət 5 komanda arasında keçirildi. Müsabiqədə iştirak edən komandalar bu şərtlər –dronun ümumi çəkisi; ümumi dizaynı; çərçivənin maksimum eni; çərçivənin maksimum hündürlüyü; istifadə olunan materiallar və onların təhlükəsizliyi əsasında qiymətləndirildilər.
Müsabiqənin qalibləri 2-ci kurs tələbələri olan elektronika mühəndisləri Abduləziz Qazıxanov, Əli Dibirov və mexanika mühəndisi Fəridə Qaracayeva oldular.