Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1906 Arxiv
XƏBƏRLƏR
18 İyun, 2026Xəzər Universiteti “QS World University Rankings 2027” reytinqində əhəmiyyətli şəkildə irəliləyib
12 İyun, 2026Xəzər Universitetinin koordinatoru olduğu DIRNA layihəsinin yekun görüşü
12 İyun, 2026DIRNA layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində seminar və təlim proqramı  
12 İyun, 2026Yeni tədris binası və müasir tədris klinikasının açılışı  
03 İyun, 2026Prof.Akad. Hamlet İsaxanlıya  Fəxri Şəhadətnamə təqdim edilib  
03 İyun, 2026İsrailin fövqəladə və səlahiyyətli səfiri Xəzər Universitetində
26 May, 2026Prof.Akad.Hamlet İsaxanlı ədəbiyyat və kitab festivalında
25 May, 2026Xəzər Universitetinin rektoru “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransda
22 May, 2026Prof.Akad. Hamlet İsaxanlı Gəncədə akademik - bədii tədbirdə  
15 May, 2026Fövqəladə və səlahiyyətli səfir Xəzər Universitetində

Lənkəranda Qardaşxan Əzizxanlının yaradıcılıq gecəsi keçirildi

2018-ci il dekabrın 17-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Xəzər Universitetinin müəllimi tanınmış şair Qardaşxan Əzizxanlının 60 illik yubileyi münasibətilə yaradıcılıq gecəsi keçirildi. Şairin “İlkim də sən, indim də sən, sonum sən” adlı son şeirlər kitabının təqdim edildiyi tədbirdə icra hakimiyyəti aparatının əməkdaşları, Azərbaycan Yazıçılar Birliyi (AYB) Lənkəran zona filialının üzvləri, müxtəlif təbəqədən olan poeziya həvəskarları, mədəniyyət, təhsil, səhiyyə işçiləri, Lənkəran Dövlət Universitetinin, Lənkəran Peşə Liseyinin, həmçinin, rayonda fəaliyyət göstərən digər təhsil müəssisələrinin müəllim, tələbə kollektivi və məktəblilər iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə yubilyarın yaradıcılığına dair “Qardaşxan Əzizxanlı-60” adlı sərgi ilə tanış oldular. Sərgidə şairin müəllifli, layihə rəhbəri olduğu kitablar və mətbuat materialları sərgilənirdi.

Tədbir AzTV-nin Qardaşxan Əzizxanlıya həsr etdiyi “Qaşla göz arasında” adlı qısametrajlı filmdən fraqmentlə başladı və xalq şairi Məmməd Arazın Q.Əzizxanlı haqqında dediyi sözlər səsləndirildi: “O, görüm, duyum şairidir... Sözünü öz ürəyindən alan şairdir...” 

Şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İ.Fəhmi 100 cildlik “Fikir antologiyası”nın baş redaktoru, “Məmməd Araz Poeziya günü” layihəsinin rəhbəri kimi də Qardaşxanın xidmətlərini qeyd edib. O, əlavə edib ki, mən hələ Qardaşxandan başqa kunq-fu üzrə “qara kəmər” sahibi olan ikinci şair tanımıram.

Tədbirdə “Ədalət” qəzetinin baş redaktoru əməkdar jurnalist İradə Tuncay, millət vəkili Aqil Abbas və başqaları çıxış etdilər.

Tədbirdə şəhər və kənd orta məktəbinin şagirdləri şairin şeirlərindən ibarət ədəbi kompozisiya ilə çıxış etdilər. Lənkəran şəhər C.Cabbarlı adına 1 saylı Uşaq musiqi məktəbinin müəllimləri Əlirza Yuniszadə (tar), Təranə Şərifovanın (kamança) müşayiətilə İmanverdi Ağayev Qardaşxan Əzizxanlının şeirlərini muğam üzərində ifa etdi.

Tədbirin sonunda Qardaşxan Əzizxanlı təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirdi.

Tədbir barədə bu linklər vasitəsilə daha ətraflı tanış olmaq olar: 

https://azertag.az/xeber/Lenkeranda_Qardasxan_Azizxanlinin_yaradiciliq_gecesi_kechirilib-1225728?fbclid=IwAR1buEmVHaNyPn-OkHI7cUxh-S8-FqeVR;

http://www.azerbaijan-news.az/view-159720/Lənkəranda-Qardaşxan-Əzizxanlının-yaradıcılıq-gecəsi-keçirilib;

http://artkaspi.az/az/qardasxan-ezizxanlinin-yaradiciliq-gecesi-kecirilib/#.XBoZ51UzbIU;

http://www.adalet.az/w161318/QARDA%C5%9EXAN_%C6%8FZ%C4%B0ZXANLININ_YARADICILIQ_GEC%C6%8FS%C4%B0_L%C6%8FNK%C6%8FRANDA_KE%C3%87%C4%B0R%C4%B0LD%C4%B0/#.XBoZEVUzbIU;

http://www.enter.news/az/news/society/166249/qardashxan-ezizxanlinin-yaradiciliq-gecesi-lenkeranda-kechirildi-fotolar?fbclid=IwAR3dDH0j550vxiP7UCcXd_JCkUFENULjsFDFLeIx5WzWXnYjaAqcEonNlKU#.XBlVv1UzbIV.
Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026