2018-ci il dekabrın 12-də Xəzər Universiteti Xəzər Psixologiya Klubunun təşkilatçılığı, Tələbə Məclisinin dəstəyi ilə 1 nömrəli Respublika Psixiatrik xəstəxanasına ekskursiya təşkil olundu. Ekskursiya Psixiatrik xəstəxananın şöbə müdiri doktor İlqar Əfəndiyev tərəfindən aparıldı. Öncə tələbələr qəbul şöbəsində oldular. Burada xəstəxanaya daxil olan pasientlərin hansı ardıcıllıqla yoxlama proseslərindən keçdikləri haqqında məlumatlar verildi. Həmçinin, müxtəlif xəstəliklərin yaranma səbəbləri və müalicə tədbirlərindən də danışıldı. Tələbələrin çoxsaylı sualları cavablandırıldı. Tələbələr üçün ən maraqlı hissələrdən biri də 8-ci şöbədəki pasientlərlə ünsiyyət qurmaq idi. Həkimlə birlikdə fərqli diaqnozlu pasientlərlə görüşüldü və pasientlərlə söhbət edildi. Ekskursiyanın əsas məqsədi mövcud olan müəyyən stereotipləri qırmaq idi.