Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Office 365
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1979 Arxiv
XƏBƏRLƏR
02 İyul, 2026“Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir  
29 İyun, 2026Xəzər Universitetinin Kamera Orkestrinə Nailəxanım İsayevanın adı verildi
23 İyun, 2026Rektor Dr. Raziyə  İsayeva “Sultan bin Abdulaziz Al Saud Beynəlxalq Dil Təlimi Proqramı”nın bağlanış mərasimində  
23 İyun, 2026Sevgi və gözəlliyin izi ilə: H.İsaxanlının “Dəli ceyran” romanının müzakirəsi  
22 İyun, 2026Xəzər Universiteti ilə Varna Azad Universiteti arasında əməkdaşlıq memorandumu
10 İyul, 2026Xəzər Universiteti Elmi Şurasının növbəti iclası keçirilmişdir  
10 İyul, 2026Xəzər Universiteti və SUP VC arasında əməkdaşlıq imkanları müzakirə olunub  
10 İyul, 2026Departament  müdiri III Türk Dünyası Yay Forumunda
09 İyul, 2026Departament müdiri 30-cu Beynəlxalq Dədə Qorqud Simpoziumunda
08 İyul, 2026PhD tələbələri Xəzər Universitetində təcrübə proqramını uğurla başa vurublar  

Qardaşxan Əzizxanlının şeirlər kitabı təqdim edildi

2018-ci il oktyabrın 27-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xəzər Universitetinin müəllimi, tanınmış şair Qardaşxan Əzizxanlının 60 illik yubileyi münasibətilə nəşr olunmuş “İlkim də sən, indim də sən, sonum sən” adlı şeirlər kitabının təqdimatı və “İmza günü” keçirildi.

Azərbaycan Yazıçılar Birliyi və Milli Kitabxana tərəfindən birgə təşkil edilən tədbirdə iştirakçılar əvvəlcə yubilyarın yaradıcılığına dair “Qardaşxan Əzizxanlı-60” adlı sərgi ilə tanış oldular. Sərgidə Milli Kitabxananın fondunda olan şairin müəllifliyi, redaktorluğu, layihə rəhbəri olduğu kitablar və mətbuat materialları sərgilənmişdi.

Tədbirdə Milli Məclisin deputatı professor Musa Qasımlı, filologiya elmləri doktoru Rüstəm Kamal, tarix elmləri üzrə fəlsəfə doktoru Lətif Şüküroğlu, şair-kinodramaturq İlqar Fəhmi, şairlərdən Əjdər Ol, Şahin Musaoğlu, Xanəmir, Yusif Savalan, həmçinin, Qarabağ müharibəsi veteranı İlham İsmayıl Qardaşxan Əzizxanlının yaradıcılığı haqqında danışdılar.

Mərasimdə Xəzər Universitetinin tələbələri Aytən Əsgərova, Ayşən Mustafalı, Səidə Cabarova, Aytac Həsənova, Pinar Məmmədzadə, Nəzrin İsmayıllı, Səkinə Ələkbərova və “Zəkalar” liseyinin şagirdləri Aydan Mehdiyeva, Nəzrin Ağazadə, Şəbnəm Haşımlı, Fateh Şıxlar, Nilufər Tağıyeva, Aydan Paşa, Nizami rayon 12 saylı tam orta məktəbin V sinif şagirdi İbrahim Əhmədov ədəbi-bədii kompozisiya ilə çıxış edirdilər.

Təqdimat mərasimində Qardaşxan Əzizxanlı kitab barədə fikirlərini bölüşdü, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.

Sonda Əhməd Cavad və Üzeyir Hacıbəyov sənətinin möhtəşəm nümunəsi olan "Çırpınırdı Qara dəniz" mahnısının tədbir iştirakçıları tərəfindən hamılıqla oxunması tədbirə əzəmət verməklə xüsusi məna və məzmun bəxş edib.

Tədbir barədə daha geniş məlumatı bu linklər vasitəsilə əldə etmək olar: 

https://azertag.az/xeber/Qardasxan_Azizxanlinin_Ilkim_de_sen_
indim_de_sen_sonum_sen_adli_seirler_kitabi_teqdim_edilib-1208946

http://edebiyyatqazeti.az/news/gundem/2610-ilkim-de-sen-indim-de-sen-sonum-sen-adli-seirler-kitabinin-teqdimat-merasimi-olub

http://anl.az/new/az/news-view/675

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026