2018-ci il oktyabrın 15-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüşdü.
Görüş zamanı AAK qarşısında duran məsələlər, dissertasiya işlərinin keyfiyyəti və müdafiəsi, elmi adların mənası və verilmə qaydaları, bu işlərdə dünya təcrübəsi kimi bir sıra məsələlər barədə ətraflı müzakirə aparıldı.