Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Xaqan Balayevin “Azərbaycan Xalq Cümhuriyyəti və milli hüquqlarımızın bərpası: dövlət dili haqqında ilk sənəd” adlı məqaləsi Qərbi Kaspi Universitetinin Elmi xəbərlər”inin 2018-ci il 1-ci sayında dərc olunub.
Məqalədə AXC Nazirlər Şurasının 1918-ci il iyunun 27-də qəbul etdiyi “Dövləti lisan türkcə qəbul edilərək, müvəqqətən hökuməti müəssisələrdə rus lisanı istemalına müsaidə edilməsi haqqında” tarixi qərarının yaranma şəraiti və tətbiqi geniş şərh olunur.