Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 2496 Arxiv
XƏBƏRLƏR
06 Mart, 2026Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium
05 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir  
05 Mart, 2026“Xəzər” in departament direktoru AzTV-də
04 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir  
03 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir
03 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri  
03 Mart, 2026Prof.Akad. Hamlet İsaxanlıya “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi (1945-2025)" döş nişanı təqdim olunub
03 Mart, 2026“100-cü ilində Bakı Türkoloji Qurultayı – Anım Toplantısı” beynəlxalq elmi simpozium keçirildi
26 Fevral, 2026Xəzər Universiteti ilə Azerbaijan Poultry Company və Azerbaijan Fish Farm arasında Anlaşma memorandumu imzalanıb
24 Fevral, 2026Universitetlər arasında Anlaşma Memorandumu imzalanıb

Xəzər Universitetində professor Hamlet İsaxanlının yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirildi

2018-ci il mayın 21-24-də Xəzər Universitetinin Riyaziyyat departamentinin təşkilatçılığı, Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, ABŞ, İsveç və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələrindən ibarət Beynəlxalq Təşkilat Komitəsinn rəhbərliyi ilə universitetin Mərmər salonunda universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının (İsayev) 70 illik yubileyinə həsr olunmuş “Riyazi fizikanın operatorları, funksiyaları və sistemləri” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransın məqsədi riyazi fizika sahəsində yeni nəticələri və tədqiqat istiqamətlərini müzakirə etmək idi.

Konfransda Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları, Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Almaniya, Fransa, İspaniya, Səudiyyə Ərəbistanı Krallığı, Avstriya, ABŞ, İtaliya, İngiltərə, Birləşmiş Ərəb Əmirlikləri və İsveçdən olan 70-ə yaxın görkəmli alim, aparıcı mütəxəssis və tədqiqatçılar iştirak edirdilər.

Konfrans bu mövzuları əhatə edirdi: Ümumi operatorlar və spektral nəzəriyyə; Riyazi fizikanın xüsusi törəməli tənliklərinin analizi; Diferensial operatorların spektral nəzəriyyəsi; Riyazi fizikanın məsələlərində bazislər, freimlər və aproksimantlar; Klassik və kvant inteqrallanan modellər; Sim və kvant sahə nəzəriyyəsi; Xüsusi funksiyalar; Səpilmə nəzəriyyəsi; Tərs məsələlər.

Konfransı giriş sözü ilə Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs açaraq, iştirakçıları salamladı, tədbirin beynəlxalq əhəmiyyətindən danışdı və konfrans iştirakçıları adından professor Hamlet İsaxanlını 70 illik yubileyi münasibətilə təbrik etdi.

Professor Hamlet İsaxanlı geniş çıxışında riyazi fizika sahəsində dünyada əldə olunan yeni nəticələrin və tədqiqat istiqamətlərinin müzakirə edilməsini, sahənin aparıcı mütəxəssislərinin Bakıda, Xəzər Universitetində bir araya gəlməsini əlamətdar hadisə adlandırdı və buna görə iştirakçılara təşəkkürünü bidirdi, konfransa uğurlu iş arzuladı.

Sonra konfransın proqramına uyğun olaraq məruzələrin dinlənilməsinə başlanıldı.

Konfrans 4 gün ərzində 4 bölmədə işini davam etdirdi. 70-dək məruzə dinlənildi, müzakirələr aparılaraq, suallar cavablandırıldı.

Konfransın professor Hamlet İsaxanlıya həsr olunmuş xüsusi sessiyası keçirildi. Sessiyada professor Hamlet İsaxanlı “Operatorların çoxparametrli spektral nəzəriyyəsi haqqında”, Türkiyənin Koç Universitetinin (İstanbul) professoru Varqa Kələntərov “Professor Hamlet İsaxanlının operatorlar nəzəriyyəsi sahəsindəki işlərinə dair”, Xəzər Universiteti Keyfiyyətin təminatı mərkəzinin direktoru Lyudmila Sotova “Professor Hamlet İsaxanlının həyat yolu”, Xəzər Universiteti Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri, fəlsəfə doktoru Eldar Şahgəldiyev “Professor Hamlet İsaxanlının humanitar və sosial elmlər sahəsindəki elmi işləri”, filologiya elmləri doktoru, professor Asif Hacılı “Professor Hamlet İsaxanlı – şair, yazıçı və tərcüməçi” mövzularında məruzələrlə çıxış etdilər.

Mayın 24-də universitetin Mərmər salonunda konfransın bağlanış mərasimi keçirildi. Professor Hamlet İsaxanlı çıxış edərək, konfransın işini yekunlaşdırdı. Qeyd etdi ki, konfrans görkəmli alim və mütəxəssislərin fəal iştirakı ilə keçərək səmərəli olmuş, onlar bir-birinin yeni elmi tədqiqatları və nəticələri ilə tanış olmuşlar. H.İsaxanlı, həmçinin, belə konfransların imkan daxilində daha mütəmadi keçirilməsi zəruriliyini də vurğuladı.

Konfrans iştirakçıları adından Rusiyanın Belqorod Dövlət Universitetinin professoru Aleksandr Soldatov çıxış edərək, konfransın yüksək səviyyədə təşkili və keçirilməsinə görə Xəzər Universitetinin rəhbərliyinə, şəxsən professor Hamlet İsaxanlıya və bütün təşkilatçılara dərin təşəkkürünü bildirdi.

Konfrans iştirakçıları üçün Bakı şəhərinə ekskursiya, böyük ziyafət və Xəzər Universitetinin Kamera orkestrinin konserti təşkil olunmuşdu.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026