2018-ci il aprelin 2-də İraqın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Dr. Fadhil Awad Jebur Al-Shuvai və Yaxın Şərqdəki İsles Beynəlxalq Universitetinin Beynəlxalq vitse-presidenti Dr. Nazar Kareem Javad Rabeeah Xəzər Universitetinin “Neftçilər” kampusunu ziyarət etdilər.
Ziyarətin əsas məqsədi Yaxın Şərqdəki İsles Beynəlxalq Universiteti (Bağdad) ilə Xəzər Universiteti arasında əlaqələrin yaradılması idi. Görüşdə Xəzər Universitetini rektor Dr. Hassan Niknafs və Beynəlxalq Əlaqələr şöbəsinin direktoru Turan Cəfərova təmsil edirdilər.