2018-ci il martın 30-da Türkiyənin aparıcı qəzetlərindən olan “Türkiye” qəzetində Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Dr. Telman Nüsrətoğlunun Rusiya ətrafında yaranan geosiyasi şəraiti şərh edən “Kara bulutlar Rusya semalarında” adlı məqaləsi dərc olunmuşdur. Eyni zamanda, TRT televiziya kanalının “Xəbərlər” proqramında 31 Mart – Azərbaycanlıların Soyqırım Gününün tarixi həqiqətləri mövzusunda Dr. T.Nüsrətoğlunun çıxışı oldu. Əsasən rus, Azərbaycan və Gürcüstan arxivlərində olan, bu soyqırım hadisəsini bütün çılpaqlığı ilə ortaya qoyan sənədlər və AXC-nin 1918-ci ildə qurduğu Fövqəladə Təhqiqat Komissiyasının materialları haqqında tamaşaçılara məlumat verildi.