Dr. Bahman Amani Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamentinə yeni müdir təyin olundu.
Dr. Bahman Amani ingilis dili və ədəbiyyatı üzrə bakalavr dərəcəsini Təbriz Universitetində almışdır. O, təhsilini Pune Universitetində (Hindistan) davam etdirərək, ingilis dili və ədəbiyyatı üzrə magistr və Phd dərəcələrini almışdır.
Ötən 30 il ərzində Dr. Amani İngilis dili departamentinin müdiri, Malayer Universitetində (İran) Təhsil üzrə prorektor, həmin universitetin rektoru və s. vəzifələrdə çalışmışdır.
Onun çox sayda elmi məqaləsi (research paper) var və o, dəfələrlə magistr tezislərinin elmi rəhbəri olmuşdur.