2017-ci il sentyabrın 26-da Xəzər Universiteti Jurnalistika departamentində Radiotelejurnalistika ixtisası üzrə magistratura təhsili alan Sevil Rəsulzadənin “Televiziyada gender məsələsinin işıqlandırılması” mövzusundakı dissertasiya işinin müdafiəsi təşkil edildi. Müdafiə şurasında Humanitar və sosial elmlər fakültəsinin dekanı dosent Cabir Xəlilov, dosent Knyaz Aslan (BDU), filologiya üzrə fəlsəfə doktoru Aynur Nəsirova (BDU), dosent Dilbər Zeynalova (ADU), Jurnalistika departamentinin koordinatoru Cabir Məmmədli, Ph.D (st.) Validə Kərimova da iştirak edirdilər.
Magistrant dissertasiyanın təqdimatından sonra sualları cavablandırdı. Müdafiəyə təqdim olunan iş müsbət qiymətləndirildi və iddiaçıya magistr dərəcəsi verilməsi qərara alındı.