09 avqust 2017-ci tarixində Pakistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Saeed Khan Mohmand Xəzər Universitəsinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının Sədri, prof. Hamlet İsaxanlıya təbrik məktubu göndərmişdir. O, Xəzər Universitəsini Beynəlxalq QS təşkilatının reytinqində dünyanın 150 ən yaxşı gənc universiteti siyahısına daxil edilməsi münasibəti ilə təbrik etmiş, gələcək fəaliyyətində uğurlar və yeni-yeni nailiyyətlər arzulamışdır.