İsveçrənin Azərbaycandakı səfirliyinin 2017-ci il iyul ayı (№ 3) bülletenində Xəzər Universitetində iyunun 29-dan iyulun7-dək “Təbii resursların idarə edilməsi” mövzusunda keçirilmiş beynəlxalq təlimin bağlanış mərasimində səfir Filip Ştalderin iştirak və çıxış etməsi, təlim iştirakçılarına universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə birlikdə sertifikat təqdim etməsi haqqında xəbər dərc olunmuşdur.