Xəzər Universitetində Jan Monnet layihəsinin icrasının uğurla başa çatması münasibətilə Avropa Birliyinin Azərbaycan Nümayəndəliyinin rəhbəri Malena Mard və Azərbaycanda Milli Erasmus+ Ofisinin direktoru Pərviz Bağırov universitetin Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri, Jan Monnet proqramının sədri, fəlsəfə doktoru Muxtar Hacızadəyə təşəkkür məktubları göndərmişlər.