Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı olan “Azərbaycan” jurnalının 2017-ci il iyun nömrəsində “Xəzər Xəbər” jurnalının baş redaktor müavini, əməkdar jurnalist Əlirza Balayevin “Qur´anın tərcüməsinə dair bəzi mülahizələr” adlı məqaləsi dərc olunub.
“Nəzər nöqtəsi” rubrikası ilə verilmiş məqalədə müəllif Qur´andan bəzi söz və ifadələrin yanlış tərcümə edildiyini araşdırır və onların düzgün tərcümə modelini təklif edir.