Azərbaycan dili və ədəbiyyatı departamentinin müdiri dosent Vurğun Əyyubun “Azərbaycan romantizmini araşdırarkən…” adlı kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxmışdır. Kitaba müəllifin “Azərbaycan romantiklərinin yaradıcılığında vətəndaşlıq lirikası (1905-1920-ci illər)” adlı tədqiqatı, Azərbaycan ədəbiyyatında romantizm və romantikanın problemlərinə işıq salan müxtəlif illərdə yazılmış məqalələr daxildir.