Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1137 Arxiv
XƏBƏRLƏR
12 Fevral, 2026"Sİ-nin real dünyaya təsiri" mövzusunda seminar
10 Fevral, 2026Xəzər Univeriteti və “Dünya” Məktəbinin əməkdaşlığı çərçivəsində “Süni İntellekt, Rəqəmsallaşma və Ali Təhsilin Gələcəyi” mövzusunda panel müzakirə keçirildi
09 Fevral, 2026Xəzər Universitetinin İnformasiya texnologiyaları departamentinin direktoru Fərid Musayev  İctimai TV-də
06 Fevral, 2026Qərbi London Universitetinin nümayəndələri  "Xəzər"də
30 Yanvar, 2026Xəzər Universiteti Nature Index reytinqində tədqiqat nəticələrinə görə Azərbaycanda birinci yeri tutub
29 Yanvar, 2026Xəzər Universiteti Avropanın ən yaxşı 400 universiteti sırasında yer alıb
26 Yanvar, 2026Nailəxanım Təqaüd Proqramının qalibi mükafatlandırılıb
22 Yanvar, 2026Universitetin rəhbərliyi və əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər
21 Yanvar, 202620 yanvar hadisələrinin 36-cı ildönümünə həsr olunan anım tədbiri
26 Dekabr, 2025Khazar Talks-3: “Çinin xarici siyasəti: konsepsiyalar, aktorlar və regional dinamikalar” mövzusunda akademik seminar  

“Dünya” məktəbində Nailəxanım İsayevanın yaradıcılıq gecəsi keçirildi

2017-ci il mayın 27-də “Dünya” məktəbinin konsert-konfrans salonunda  “Dünya” məktəbinin həmtəsisçisi, Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının müşaviri Nailəxanım İsayevanın bəstəkarlıq fəaliyyətinə aid yaradıcılıq gecəsi keçirildi.

Tədbirdə “Dünya” məktəbinin rəhbərliyi və kollektivi, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasnın sədri professor Hamlet İsaxanlı başda olmaqla universitetin rəhbərliyi və əməkdaşları, bir sıra ali təhsil müəssisələrinin rəhbərliyi, yaradıcılıq ittifaqlarının nümayəndələri və qonaqlar iştirak edirdilər.

Aparıcılar yaradıcılıq gecəsini açıq elan edəndən sonra Nailəxanım İsayeva və Hamlet İsaxanlının birgə həyat və yaradıcılıq fəaliyyətinə aid “İnciçiçəyi” adlı sənədli-bədii film nümayiş etdirildi. Tamaşaçıların böyük maraq və diqqətlə izlədikləri filmdə ailə fraqmentlərinin göstərilməsi ilə yanaşı, şairlə bəstəkarın uğurlu yaradıcılıq işindən bəhs olunurdu. Qeyd edək ki, Nailəxanım İsayeva mahnılarının hamısını Hamlet İsaxanlının sözlərinə bəstələmişdir. Film Mir Rafiq Əbdülrəhimov, Afaq Qəmbərova, Murad Allahverdiyev, Lalə Həsənova, Hüseyn Qəhrəmanlı və Nigar Fərmanovadan ibarət yaradıcılıq qrupu tərəfindən hazırlanmışdı.

İştirakçıların alqışları ilə qarşılanan filmin nümayişindən sonra Nailəxanım İsayevanın mahnılarından ibarət konsert proqramı təqdim olundu. Mahnıları Xəzər Universitetinin Kamera orkestri, universitetin Musiqi və incəsənət departamentinin müdiri, pianoçu Zülfiyyə Sadıqova və “Dünya” məktəbinin müəllimi, pianoçu Nərgiz Gözəlovanın müşayiəti ilə xalq artisti Brilyant Dadaşova, Sumqayıt “Dünya” məktəbinin təşəbbüsü və iştirakı ilə keçirilmiş Sumqayıt şəhər məktəblilərinin Mədəniyyət festivalının qalibi Murad Haqverdiyev,  “Dünya” məktəbinin müəllimi Arzu Ömərova,  əməkdar artistlər Manana, İlqar Muradov, Fərid Əliyev və Xəzər Universitetinin müəllimi Məhsəti Cabbarova ifa etdilər. Tamaşaçılara Xəzər Universitetinin qızlardan ibarət rəqs qrupunun çıxışları da təqdim olundu.  “Dünya” məktəbinin şagirdlərinin ifasında Nailəxanım İsayevanın Hamlet İsaxanlının sözlərinə bəstələdiyi “Dünya” məktəbinin himni səsləndi.

Tədbirdə  Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsinin icra edən Əfqan Abdullayev, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının prorektoru, xalq artisti, Xəzər universitetinin müəllimi, professor Yeganə Axundova, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, ailə adından Aygün İsayeva, “Dünya” məktəbinin direktoru Mərufə Mədətli çıxış edərək, yaradıcılıq gecəsi münasibətilə Nailəxanım İsayevanı təbrik etdilər, xoş arzularını bildirdilər. Mərufə Mədətli Nailəxanım İsayevaya məktəbin rəssamı Anar Şahvələdov tərəfindən çəkilmiş portretini hədiyyə verdi.

Xəzər Universiteti Təhsil fakültəsinin dekanı Elza Səmədova Xəzər Universitetinin kollektivi adından Nailəxanım İsayevaya ünvanlanmış təbrik məktubunu oxüdu və ona təqdim etdi. Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor, Prezident təqaüdçüsü Əjdər Ağayev Nailəxanım İsayevanın təhsil şurasının “Nailiyyət” diplomu ilə təltif olunduğunu bildirdi və diplomu ona təqdim etdi.

Çıxış və təbriklərdə Nailəxanım İsayeva Azərbaycanın maarifpərvər qadınlarının ənənələrini davam etdirən yenilikçi təhsil təşkilatçısı kimi səciyyələndirildi,bəstəkarlıq fəaliyyəti yüksək qiymətləndirildi. Qeyd olundu ki, o, professor Hamlet İsaxanlı ilə birlikdə Azərbaycanın nadir təhsil müəssisələri olan Xəzər Universiteti və “Dünya” məktəbinin qurulmasında və inkişafında misilziz xidmətlər göstərmiş, “Dünya” məktəbi onun rəhbərliyi ilə böyük nailiyyətlər qazanmışdır.

Yaradıcılıq gecəsi Nailəxanım İsayevanın tortu kəsməsi və atəşfəşanlıqla başa çatdı.

 

Xəzər Universitetinin təbriki

Əziz Nailə xanım!

Yaradıcılıq gecənizin keçirlməsi münasibətilə Sizi təbrik edirik! Siz “Xəzər ailəsi” üçün çox doğma və dəyərlisiniz! Siz daima öz alicənablığınız, sadəliyiniz, təmkinli və obyektiv münasibətinizlə bütün kollektivimizin həqiqi sevgisini və dərin hörmətini qazanmısınız.

Xəzər Universitetinin 26 illik keşməkeşlı tarix kitabının hər səhifəsində, hər sətrində Sizin çox böyük əməyiniz və inkaredilməz rolunuz var.

Bütün ölkəmiz üçün çətin 90-cı illərdə yaranmış Xəzər Universiteti yenicə ilk addımlarını atan körpə kimi daima sizin isti nəfəsiniz və qayğınız, mehriban ana şəfqətiniz, səbrli və mətanətli həyat yoldaşı əzminizlə ildən ilə böyümüş, uğur qazanmışdır. Nə qədər böyüsək də, kollektivimiz nə qədər genişlənsə də, nəsillər nəsilləri əvəz etsə də, Sizin təməlini qoyduğunuz mehriban, səmimi kollektiv, birlikdə uğurlara nail olan komanda ruhu “Xəzər ailəsi”ndə getdikcə möhkəmlənmiş və əvəzolunmaz dəyərlərə çevrilmişdir.

Siz, eyni zamanda, öz yaradıcılığınız və istedadınızla, zərif musiqi sədalarınızla daima ruhumuzu oxşamış, bizi şövqləndirmış, estetik zövqümüzü zənginləşdirmisiniz.

Siz ömrünüzün ən gözəl illərini İsaxanlılar ailəsinə, “Xəzər ailəsi”nə və ən kiçik və şirin övladınız olan “Dünya” məktəbinə həsr etmisiniz. Bu kiçik övladı dünyaya gətirib,  ilk addımlarını Xəzər Universitetində atdırmısınız. O günün körpə çinarı bugün böyüyüb, gənç fidanları ilə Azərbaycanın hüdudlarından çox uzaqlara şaxələnib.

Siz çox dəyərli ziyalımız Hamlet İsaxanlı ilə birlikdə Azərbaycan cəmiyyəti üçün əvəzolunmaz və tarix səhifəsinə keçəcək xidmətin başlanğıcını qoymusunuz. Azərbaycan gəncliyinin şüurlu, fəal və demokratik vətəndaş olaraq yetişməsi üçün məktəbəqədər pillədən başlayaraq təhsilin ən yüksək səviyyəsinə qədər cəmiyyətin öyrənmə və öyrətmə ehtiyacına cavab verən təhsil ocaqları yaratmış və Azərbaycan təhsilini dünya təhsili ilə rəqabət edə biləcək səviyyəyə yüksəltmisiniz.

Əziz Nailə xanım!

 “Xəzər ailəsi” olaraq Sizə sağlam, uzun ömür, yeni yaradıcılıq uğurları və bütün “övlad”larınızın daha da yüksələn uğur hekayələri ilə daima qürurlanmağınızı arzu edirik.

 

Xəzər Universitetinin kollektivi                                                                 

 27 may 2017-ci il

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026