2017-ci il aprelin 26-da Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs Rumıniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Dan İanku və Rumıniyanın Qadınlar və Kişilər Arasında Bərabər İmkanlar üzrə Milli Agentliyinin nümayəndəsi PhD Aurora Martin ilə görüşdü. Görüşdən sonra PhD Martin “Qlobalizasiya və insan alveri” mövzusunda məruzə ilə çıxış etdi. Təqdimat Siyasi elm və beynəlxalq münasibətlər departamentinin təşkil etdiyi Jan Monne Avropa seminarlar silsiləsinin növbəti tədbiri idi.