2017-ci il martın 10-da Xəzər Universitetinin “Mərmər” zalında Əmanətlərin Sığortalanması Fondunun “Maliyyə savadlılığı” layihəsi çərçivəsində universitetin tələbələri ilə görüş keçirildi. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı görüşü giriş sözü ilə açaraq, universitet haqqında qısa məlumat verdi. Sonra fondun icraçı direktoru Azad Cavadov ölkənin hazırkı maliyyə vəziyyəti və fondun fəaliyyəti haqqında geniş məlumat verdi.
Sonda tələbələrin çoxsaylı sualları cavablandırıldı və fondun fəaliyyəti haqqında qısa təqdimat nümayiş etdirildi.