2017-ci il yanvarın 29-d a Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı İctimai TV-nin “Sarı sim” proqramında qonaq oldu. Professor İsaxanlı yaradıcılıq və hobbilər, musiqi və şeir, riyaziyyat və dil, hisslərin dili və təbiətin dili, xalq mahnıları, onların toplanması və ifa olunması kimi məsələlər ətrafında söhbətlər etdi, suallara cavab verdi və şeirlərindən bir neçəsini oxudu.