2016-cı ilin dekabrında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında çalışan Sabir Rüstəmoğlunun (Məmmədov) “Ədəbi düşüncələr” adlı kitabı çapdan çıxmışdır. Kitabda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının poeziyasına həsr olunmuş bir məqalə də yer almışdır.