2016-cı il dekabrın 16-də Xəzər Universitetinin “Dünya” konsert zalında şair Ramiz Rövşənlə görüş keçirildi. Görüş şairin 70 illik yubileyinə həsr olunmuşdu. Tədbiri Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açdı.
Daha sonra səhnəyə şair Ramiz Rövşən dəvət olundu. Tədbirdə şair şeirlərindən bir neçəsini söylədi, daha sonra onun şeirlərinə bəstələnmiş mahnılar oxundu.
Tədbirdə “Dünya” məktəbinin təsisçisi Nailə İsaxanlı, Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, Ramiz Rövşənin qohumları və dostları da iştirak edirdilər.