2016-ci il dekabrın 16-da konfrans zalında (otaq 102N) Xəzər Universitetinin Təhsil fakültəsini 2016-cı ildə bitirmiş bakalavr məzunları ilə universitet rəhbərliyinin görüşü keçirildi. Görüşdə Xəzər Universitetinin İdarəetmə və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlı, Təhsil fakültəsinin dekanı Elza Səmədova və Məzunlarla İş Mərkəzinin direktoru Baba Bayramlı iştirak edirdilər. Görüşün keçirilməsinin məqsədi universitetin məzunları ilə əlaqə saxlamaq və onların gələcək planlarını müzakirə etmək idi.
Tədbirin sonunda məzunlar universitetlə bağlı fikirlərini və təəssüratlarını bildirdilər.