2016-cı il dekabır 15-də Xəzər Universitetinin Karyera İnkişaf Mərkəzi “Kaspi” Təhsil Şirkəti ilə görüş keçirdi. Görüşün məqsədi Xəzər Universitetinin Təhsil fakültəsinin tələbələrini təcrübə proqramı haqqında məlumatlandırmaq idi. Görüşdə “Kaspi” Təhsil Şirkətini İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Afaq İbrahimova, İnsan resusları üzrə mütəxəssis Lalə Ələkbərova, İnsan resuslari üzrə mütəxəssis Həvayət Quliyeva təmsil edirdilər.
Nümayəndələr şirkətin fəaliyyəti haqqında məlumat verdilər və Xəzər Universitetinin tələbələrini əməkdaşlığa dəvət etdilər.