2016-cı il oktyabrın 13-də Xəzər Universiteti Karyera Mərkəzi Xəzər Universitetinin tələbə və məzunları üçün “İntervyu” təlimi keçirirdi. Təlimdə müxtəlif fakultələrin tələbə və məzunları iştirak edirdilər. Təlimi Xəzər Universiteti Karyera Mərkəzinin koordinatoru Ülviyyə Hüseynova təşkil etmişdi. Təlimdə iştirakçılar intervyu prosesində iştirak, intervyu suallarının nümunələri, oturuş qaydası, intervyu apararanla ünsiyyət forması, üz ifadələri və mimikalardan düzgün istifadə qaydaları ilə tanış oldular. Hər iştirakçı üçün nəzərdə tutulmuş intervyu prosesi video, audio formatda yazıya alındı və müzakirə aparıldı.
Təlimin sonunda yaranan suallara, intervyu zamanı iştirakçıların etdiyi səhvlərə aydınlıq gətirildi.