Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 7404 Arxiv
XƏBƏRLƏR
12 Fevral, 2026"Sİ-nin real dünyaya təsiri" mövzusunda seminar
10 Fevral, 2026Xəzər Univeriteti və “Dünya” Məktəbinin əməkdaşlığı çərçivəsində “Süni İntellekt, Rəqəmsallaşma və Ali Təhsilin Gələcəyi” mövzusunda panel müzakirə keçirildi
09 Fevral, 2026Xəzər Universitetinin İnformasiya texnologiyaları departamentinin direktoru Fərid Musayev  İctimai TV-də
06 Fevral, 2026Qərbi London Universitetinin nümayəndələri  "Xəzər"də
30 Yanvar, 2026Xəzər Universiteti Nature Index reytinqində tədqiqat nəticələrinə görə Azərbaycanda birinci yeri tutub
29 Yanvar, 2026Xəzər Universiteti Avropanın ən yaxşı 400 universiteti sırasında yer alıb
26 Yanvar, 2026Nailəxanım Təqaüd Proqramının qalibi mükafatlandırılıb
22 Yanvar, 2026Universitetin rəhbərliyi və əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər
21 Yanvar, 202620 yanvar hadisələrinin 36-cı ildönümünə həsr olunan anım tədbiri
26 Dekabr, 2025Khazar Talks-3: “Çinin xarici siyasəti: konsepsiyalar, aktorlar və regional dinamikalar” mövzusunda akademik seminar  

Xəzər Universitetində “Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim kursu”nun məzunlarına sertifikat təqdim olundu

Xəzər Universitetində aprelin 2-də başlamış, sayca dördüncü olan “Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə  təlim kursu” iyunun 30-da başa çatmışdı. Sentyabrın 30-da “Dünya” məktəbinin konfrans salonunda məzunlara sertifikatların təqdim olunması mərasimi keçirildi.  Qeyd edək ki,  kurs yeni qəbul edilmiş müdavimlərlə davam etməkdədir. 

Kursun  əsas məqsədi ölkədəki yeni təhsil strategiyasına və təhsil islahataına uyğun olaraq məktəb direktorlarının və gələcəkdə bu sahədə fəaliyyət göstərmək istəyən təhsil işçilərinin bilik və bacarıqlarını artırmaq, onları dünyadakı  səmərəli idarəetmə təcrübəsi ilə tanış etməkdir. Bu məqsədlə  həftədə 4 gün 16 saat olmaqla keçirilən dərslər 12 həftə davam etmişdir. Fənləri universitetin İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva (Təhsilin idarə edilməsi),  Təhsil fakültəsinin decani Elza Səmədli (Kurikulumun tətbiqi və idarə olunması), Elektronika və telekommunikasiya departamentinin müdiri Nuru Səfərov (İnformasiya - kommunikasiya texnologiyaları), müəllimlər  -  Akif Əlizadə (Təhsil hüququ), Elxan Bəylərov (Psixometriya), Mələk Kərimova (Təhsil psixologiyası), Vüsal Məmmədrzayev (Statistika) və Aynur Məmmədrzayeva (Maliyyə) tədris etmişlər.

Təlimlər zamanı, həmçinin,  layihə çərçivəsində universitetin Mərmər salonunda “Qonaq Mühazirəçilər Seminarları” fəaliyyət göstərmişdir. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı “Təhsildə idarəetmə: nəzəriyyədən praktikaya”,ESFİDİP layihəsinin rəhbəri Rima Məmmədova "Əlilliyi olan tələbələrlə 360 dərəcə ünsiyyət” və Bakı Şəhər Təhsil İdarəsinin rəisi Məhəbbət Vəliyeva “Ümumtəhsil məktəblərini  idarə edən təhsil rəhbərlərindən gözlənilən keyfiyyətlər və bacarıqlar” mövzularında seminar - müzakirələr keçirmişlər.

Kursun məşğələlərində iştirakçıların təqdimatları olmuş, müzakirələr aparılmış, çay süfrələri ətrafında söhbətlər keçirilmişdir. Onlar kursun çox əhəmiyyətli olduğunu, əldə etdikləri nəzəri və  təcrübi bilikləri öz işlərində tətbiq edəcəklərini bildirmişlər.

Məzunlara sertifikatların təqdim olunması mərasimini H. İsaxanlı açaraq, geniş çıxış etdi. O, Xəzər Universitetində keçirilən kursun əhəmiyyətindən, məktəb rəhbərləri qarşısında duran vəzifələrdən danışdı. Kursun ilk məzunu, artıq iki il ərzində Bakının Binəqədi rayonundakı 283 saylı tam orta məktəbin direktoru işləyən Tünzalə Zeynalova mərasimdə çıxış edərək, məzunların karyerasında  kursların mühüm rol oynadığını vurğuladı.

Sonra iki qrupda kursu bitirmiş 54 məzuna sertifikatların təqdim olunması mərasimi başlandı. Sertifikatları H. İsaxanlı, Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov, R. İsayeva, E. Səmədli, N. Səfərov və müəllimlər təqdim etdilər. Sertifikatlar təqdim olunandan sonra məzunlar and içdilər:        

“Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinəsadiq qalacağıma, keyfiyyətli təhsil xidməti göstətəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı formasına yol verməyəcəyimə, həmkarlarım, təhsil alanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm!”

Kursun hər qrupunun keçdiyi yol haqqında universitetin Multimedia mərkəzində mərkəzin direktoru Natella Barkayanın rəhbərliyi ilə hazırlanmış slayd-şoular nümayiş etdirildi.

Kursu bitirənlər adından  Sevda Alışova və Fərqanə Əliyeva çıxış edərək, layihə rəhbərləri R. İsayevaya, E. Səmədovaya və layihənin digər təşkilatçılarına minnətdarlıqlarını bildirdilər. Xatirə şəkilləri çəkildi.

Mərasim iştirakçılarına Xəzər Universiteti Musiqi və incəsənət departamentinin müdiri, pianoçu Zülfiyyə Sadıqovanın rəhbərliyi ilə universitetin Kamera orkestrinin, tələbələrdən ibarət “Yallı” rəqs ansamblının konserti təqdim olundu. Xəzər Universitetinin müəllimi, Opera və Balet Teatrının solisti, Əməkdar artist Fərid Əliyevin ifasında  müxtəlif mahnılar səsləndi.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026