Xəzər Universiteti Musiqi və incəsənət departamentinin müdiri, dosent Zülfiyyə Sadıqovanın “Sərdar Fərəcovun fortepiano prelüdləri” adlı məqaləsi beynəlxalq elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarif musiqi dərgisi olan “Musiqi dünyası” jurnalının (təsisçilər: Azərbaycan Bəstəkarlar İttifaqı, Bakı Musiqi Akademiyası, “Koroğlu - T” firması) 2016-cı il 1/66 sayında dərc olunmuşdur.
Məqalədə bəstəkar, Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun fortepiano prelüdlərinin təhlilinə həsr olunmuşdur.