2016-cı il iyunun 24-də Xəzər Universitetində Azərbaycan dili və mədəniyyətini öyrənən polşalı sərbəst tədqiqatçı Julia Krajcarz Azərbaycan dili və ədəbiyyat departamentinə professor Ewa Siemieniec-Golasla birgə yazdığı “İstanbulun məscidləri” (The Mosques of İstanbul) adlı kitabını hədiyyə etdi. Kitabda məscidlərin yaranması tarixi, eləcə də, dini memarlıq abidələri haqqında biliklər öz əksini tapmışdır.