Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 7020 Arxiv
XƏBƏRLƏR
19 May, 2025Prof.Akad. Hamlet İsaxanlı Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasında bəstəkar Tahir Əkbərin xatirəsinə həsr olunmuş “Nostalji Axşam” adlı konsertdə
19 May, 2025Xəzər Universiteti və Anhui Universiteti akademik əməkdaşlığı gücləndirmək üçün Anlaşma Memorandumu imzaladı
10 May, 2025Xəzər Universiteti və Şanxay Beynəlxalq Tədqiqatlar Universitetinin  birgə beynəlxalq konfransı
23 May, 2025Xəzər”in məzunu Azərbaycan Respublikasının Medalı ilə təltif olunub
22 May, 2025Xəzər Universiteti Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının IV kurs tələbələri “Qanun Nəşriyyatı”nda filoloji təcrübəni bitirdilər.  
22 May, 2025Xəzər Universitetinin məzununun məqaləsi “Ecotoxicology” jurnalında
21 May, 2025Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş seminar
21 May, 2025Departament müdiri Yeni TV-də
21 May, 2025“Xəzər Xəbər” jurnalının aprel nömrəsi khazar-review.khazar.org saytında
20 May, 2025Frankofoniya günləri çərçivəsində “Qəhrəmanlar görüşəndə” adlı fransız dilində açıq dərs

Xəzər Universitəsi Kahramanmaraşda

2016-cı il mayın 14-dən 18-dək Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri professor Hamlet İsaxanlının rəhbərlik etdiyi nümayəndə heyəti Kahramanmaraş Sütçü İmam Universitetinin dəvəti ilə orada keçirilən ənənəvi Bahar Şənliklərində iştirak etmək üçün Kahramanmaraşda –köhnə dostların qonağı oldu. Nümayəndə heyətinin tərkibində “Dünya” məktəbinin təsisçisi Nailəxanım İsayeva, universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, Musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıxova, respublikanın xalq artisti Gülyanaq Məmmədova, respublikanın əməkdar artisti Fərid Əliyev, kamera orkstri, Telman Əliyevin və Səbinə İsmayılovanın rəhbərlik etdikləri oğlanlardan və qızlardan ibarət rəqs qrupları, müəllim və tələbələrdən ibarət solistlər iştirak edirdilər. 43 nəfərlik heyət (Heyətin digər 4 nəfər üzvü təyyarə ilə Kahramammaraşa gələcəkdi) Sarp Gömrük qapısına gələn Kahramanmaraş Sütçü İmam Universitetinin avtobusu ilə Kahramanmaraş şəhərinə gecənin gec saatlarında gəldi. 2 min kilometrdən artıq yolu qət edən Xəzər Universitetinin nümayəndə heyəti gec saatlarında gəlməsinə baxmayaraq, otelin qarşısında Kahramanmaraş Sütçü İmam Üniversitetinin nümayəndələri –baş katibin köməkçisi Mithat Karaaslan və mühafizə xidmətinin rəhbəri Nedim Duman qarşıladılar və nümayəndə heyətinin yanından ayrılmadılar. Həmin gün günorta saatlarına kimi istirahət edən  Xəzər Universitetinin kollektivi günortadan sonra Sütçü İmam Universitetinin Bahar Şənliklərində iştirak etmək üçün proqram hazırlığına başladılar.

Mayın 16-sı və 17-də Xəzər Universitetinin kollektivi Kahramanmaraş Sütçü İmam Universitetinin professor-müəllim heyəti və çox minli tələbələri qarşısında əvvəlcədən planlaşdırılmış iki böyük konsert proqramı ilə çıxış etməli idi. Bahar Şənliklərindəki konsertlər açıq havada keçiriləcəkdi. Həmin günlərdə Kahramanmaraşda hava çox isti idi. Artıq hazırlıqlara başlamağın vaxtı çatmışdı. İstirahət günü olmasına baxmayaraq, Sütçü İmam Universitetinin bütün rəhbərliyi Bakıdan gələn köhnə dostları ilə görüşmək üçün yerləşdiyimiz “Uyğulama” otelinə gəlmişdilər. Universitetin prorektoru professor İsmayıl Bakan, baş katib İbrahim Ekiz, baş katibin köməkçiləri Mithat Karaaslan, Gülderen Aslan, mühafizə xidmətinin rəhbəri Nedim Duman və digərləri hər zaman olduğu kimi yenə ayaqda idilər. Axşam Xəzər Universiteti nümayəndə heyətinin şərəfinə açıq havada ziyafət verildi. Ziyafətdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru professor Durmuş Deveci iştirak edirdilər.

Mayın 16-da Xəzər Universitetinin kollektivi konsert verəcəyi səhnə hazırlıqlarına səhər sübh tezdən başladı. Universitetin prorektoru professor İsmayıl Bakan və universitetin bütün əməkdaşları konsertin yüksək səviyyədə keçməsi üçün universitetin bütün imkanlarını səfərbər etmişdilər.

Artıq gözlənilən vaxt gəldi. Bahar Şənliyinin 1-ci günü Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru professor Durmuş Deveci və Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və digər protokol üzvləri Bahar Şənliyinin rəsmi açılışını etdilər. Bahar Şənliyində ebru sənəti, rəssamlıq, zərgərlik, xalçaçılıq və digər sahələr üzrə tələbələrin hazırladıqları əl işləri nümayiş etdirilirdi.

Bahar Şənliyi universitetin Xalq Oyunları qrupunun rəqsləri ilə başladı. Sütçü İmam Universitetinin proqram aparıcısı Mustafa bəyin xoş sədaları ilə Xəzər Universiteti səhnəyə dəvət edildi. Aparıcı protokolda oturan rəsmi qonaqları və açıq havada günəşin altında toplaşan çoxsaylı tələbələri salamlayaraq, Azərbaycandan gələn Xəzər Universitetinin nümayəndələrini səhnəyə dəvət etdi. Xəzər Universiteti Kamera Orkestrinin ifaları, tələbələrin rəngarəng rəqs nömrələri, Gülyanaq Məmmədovanın və Fərid Əliyevin xoş ifaları meydana toplaşanlar tərəfindən dəfələrlə alqışlandı. Bahar Şənlikləri proqramı Türkiyənin TRT Haber kanalı tərəfindən lentə alındı. H.İsaxanlı, D.Deveci və tələbələrdən Murad Balaqadaşov və Həmran Əmirli müsahibələr verdilər. Xəbər TRT AVAZ, TRT Haber və TRT kanalları tərəfindən yayımlandı. Konsertdən sonra qonaq universitetin kollektivi sabahkı proqram hazırlıqlarına başlamağa qərar verdi. Həmin gün Kahramanmaraş Bələdiyyə başqanı Mehmet Narın dəvətilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlını, sədrin müsaviri Nailəxanım İsayevanı, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəylini, Mədəniyyət və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqovanı, respublikanın xalq artisti Gülyanaq Məmmədovanı, respublikanın əməkdar artisti Fərid Əliyevi və Kahramanmaraş Sütçü İmam Universitetinin prorektoru, professor İsmayıl Bakanı nahar yeməyinə dəvət etdi.

Xəzər Universitetin tələbələri isə KSU-nin İqtisadiyyat fakültəsinin tələbəsi Həmran Əmirlinin rəhbərliyi ilə Kahramanmaraşın görməli yerlərini gəzdilər. Bahar Şənliyinin ikinci günü ebru sənəti, rəsm sərgisi, zərgərlik və digər sərgilərlə yanaşı, Sütçü İmam Universitetində təhsil alan müxtəlif ölkələrin tələbələrinin mədəniyyət, incəsənət işlərinin və milli mətbəxlərində hazırlanan yeməklərin sərgisi də keçirildi. Həmin gün Xəzər Universiteti musiqi kollektivinin oradakı iştirakı Bahar Şənliyinə rəngarənglik gətirdi. Universitetin builki şənliyinə, ötən illərdən fərqli olaraq, şəhər əhalisi dəvət edilməmişdi. Belə ki, son günlər Türkiyədə baş verən terror aktları nəticəsində çoxlu sayda şəhid verilmişdi. Onların arasında Kahramanmaraşdan olan şəhidlər də vardır. Buna görə də, universitet şəhidlərin ruhuna ehtiram əlaməti olaraq builki Bahar Şənliklərinin təmtəraqlı qeyd edilməməsini qərara almışdı.

Aparıcı öncə sözü Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya vermək üçün səhnəyə dəvət etdi. H.İsaxanlı Kahramanmaraş Sütçü İmam Universitetinin rəhbərliyinə, şəxsən universitənin rektoru professor  Durmuş  Deveciyə dəvət üçün təşəkkürünü bildirdi. O, Türkiyədə son terror olaylarında canlarını qurban vermiş bütün şəhidlərə Allahdan rəhmət dilədi və Kahramanmaraşda olmaqdan çox məmnun olduqlarını bildirdi. Sonra H.İsaxanlı universitet adından hədiyyələrini Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru professor Durmuş Deveciyə və prorektor İsmayıl Bakana təqdim etdi. Professor Durmuş Deveci də şənliklərdə iştirak etdiyi üçün H.İsaxanlıya dərin təşəkkürünü bildirdi. Sonra Kahramanmaraş Sütçü İmam Universitetinin adından H.İsaxanlıya və Ə.Əmirbəyliyə hədiyyələrini təqdim etdi. Həmin gün üçün Xəzər Universitetinin kollektivinin xüsusi proqramı hazırlanmışdı. İki saatlıq proqram çoxsaylı tələbələr tərəfindən alqışlarla qarşılandı.

Xalq artisti Gülyanaq Məmmədovanın, əməkdar artist Fərid Əliyevin ifaları, tələbələrimizin rəqsləri hər kəsi heyrətləndirə bilmişdi. Elə həmin gün axşam Xəzər Universitetinin təsisçisi H.İsaxanlı, müsaviri Nailəxanım İsayeva, İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Musiqi və incəsənət departamentin müdiri Zülfiyyə Sadıqova, xalq artisti Gülyanaq Məmmədova, əməkdar artist Fərid Əliyev Kahramanmaraş Sütçü İmam Universitetinin prorektoru professor İsmayıl Bakan və onun ailəsinin dəvətilə evində axşam yeməyində oldular. Yeməyə universitənin rektoru professor Durmuş Deveci və ailəsi də qatıldı. Gecə gec saatlarına kimi şirin söhbətlər oldu. Gülyanaq xanım və Fərid bəy ara-sıra maraqlı ifaları səsləndirdilər. Gecənin gec saatlarında otelə dönüldü. Tələbələr isə hələ də hoteldə əylənirdilər. Onların xahişi ilə rəhbərlik və digər qonaqlar da onlara qoşuldular.

Mayın 18-də səhər tezdən Xəzər Universitetinin kollektivi Kahramanmaraşdan, çox dəyərli dostlarından ayrılmalı idi. Səhər saat 8-də Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru professor Durmuş Deveci, prorektoru professor İsmayıl Bakan, baş katib İbrahim Ekiz, köməkçiləri Mithat Karaaslan və Gülderen Aslan, mühafizə xidmətinin rəhbəri Nedim Duman və universitetin digər əməkdaşları artıq qonaqları yola salmaq üçün orada idilər. Xəzər Universitetinin kollektivi də onlardan ayrıla bilmirdi, amma ayrılmalı, qarşıdakı proqramlar üçün hazırlanmalı idi. Qeyd etdiyimiz kimi, Hamlet İsaxanlı, Nailəxanım İsayeva, Gülyanaq Məmmədova və Fərid Əliyev Adanaya, kollektivin digər üzvləri isə Kahramanmaraş Sütçü İmam Universitetinin avtobusu ilə Giresuna yola düşdülər. Kahramanmaraşın qəhrəman və qonaqpərvər insanları ilə bir daha görüşmək ümidi ilə oradan ayrıldılar...

Xəzər Universitetinin kollektivini isə qarşıda Giresun səfəri gözləyirdi...

 

Qeyd: Şəkillər Media Mərkəzindədir.

Əlövsət Əmirbəyli,

                                                                                                      Kahramanmaraş                                                                                                       15-18 may 2016.

 

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2025